Сотрудник скорой медицинской помощи одной из бакинских больниц, фото из архива

Şərurda yanan oğlan Bakıda keçindi: On altı yaşlı yeniyetmənin faciəsi

1390
(Yenilənib 17:56 06.11.2018)
Naxçıvan prokurorluğu Elmahir Əliyevin intihar edib-etmədiyini araşdırır

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Bu gün Bakıda 16 yaşlı yeniyetmə Naxçıvan MR-ın Şərur rayonunda baş verən faciənin qurbanı olub.

Bu barədə Sputnik Azərbaycan-a Respublika Yanıq Mərkəzindən məlumat verilib.

Əldə etdiyimiz məlumata görə, 2002-ci il təvəllüdlü Əliyev Elmahir Novruz oğlu dünən saat 18:10 radələrində ağır vəziyyətdə xəstəxanaya gətirilib. Bu zaman Əliyevin bədəninin 80%-nin yandığı müəyyən edilib. Noyabrın 5-dən 6-na keçən gecə yeniyetmə ölüb.

Bununla yanaşı, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Şərur şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, hadisə 4 noyabr axşamı Elmahir Əliyevin yaşadığı şəxsi evin həyətində baş verib. Oğlan qaranlıqda kibrit yandıraraq sobanı qalamaq üçün içində benzin olan qabı axtarırmış. Bu zaman qabın içindəki yanacaq alovlanıb və Əliyev güclü yanıq yarası alıb. Əvvəlcə oğlanın yaxınları onu yerli xəstəxanaya çatdırıblar. Orada onu qəbul etməyiblər və məsləhət görüblər ki, Əliyevi təcili Bakıya çatdırsınlar.

Hazırda Naxçıvan prokurorluğu faktla bağlı araşdırma aparır. Əliyevin intihar edib-etmədiyi araşdırılır.

1390
Əlaqədar
Paytaxtdakı dəhşətli yanğının təfərrüatları bilindi
Bakıda dəhşətli yanğında 3 nəfər öldü
Bakıda yanğın meydana çıxıb
Bakıda yanğın olub
Yanğınla mübarizə aparanların peşə bayramı