Фонарь такси на крыше автомобиля в Баку

Bakıda gecə müəmması: Qana boyanmış müştəri taksi sürücüsünü şoka salıb

844
(Yenilənib 17:26 05.11.2018)
Gecə yarısı taksiyə oturan sərnişin qan içində olub və sürücüdən onu Məhəmməd Hadi küçəsinə aparmağı xahiş edib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Bakıda sonuncu istirahət günü maraqlı və bir qədər də qəribə hadisə baş verib. Taksi sürücüsü qan içində olan sərnişinlə bağlı polisə müraciət etməli olub.

Xətai rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 4-də RPİ-nin 34-cü polis bölməsinə 1988-ci il təvəllüdlü Əhmədov Pərviz Vidadi oğlu müraciət edib. Kişi bildirib ki, “Ravon” markalı avtomobili ilə özəl taksi xidməti göstərir. Onun sözlərinə görə, həmin gün gecə saat 02:05 radələrində Babək prospektində onun maşınına qəribə sərnişin - gənc kişi oturub. Onun bütün paltarları qan içində olub.

Sərnişin taksi sürücüsündən xahiş edib ki, onu Məhəmməd Hadi küçəsi, 7 ünvanına aparsın. Taksi sürücüsü o qədər qorxub ki, hətta sərnişinə özünü necə hiss etdiyi barədə sual belə verməyə çəkinib. Qəribə sərnişin Məhəmməd Hadi küçəsində taksidən enib, taksi sürücüsü isə bu qəribə sərnişinlə bağlı polisə xəbər verməyə tələsib. Hazırda 34-cü polis bölməsinin əməkdaşları həmin şübhəli sərnişinin şəxsiyyətini müəyyən etməyə çalışırlar.

Polisdən bildirilib ki, bu şənbə və bazar günləri paytaxtda bir dənə də olsun qətl və qətl törətməyə cəhd qeydə alınmayıb. Heç qəsdən sağlamlığa ağır zərər vurma halına da təsadüf edilməyib. Mümkündür ki, paytaxtda qətl törədilib, amma hələlik bu barədə heç kəsə heç nə məlum deyil.

844
Teqlər:
qan, müştəri, taksi, Xətai Rayon Polis İdarəsi
Əlaqədar
Politoloq: “Suriyada hələ uzun müddət qan töküləcək”
Əfsanəvi varlıqlar var, aramızdadır, tabutda yatır, qan içirlər – FOTOLAR
Aksiya davam edir: 2,5 min litr qan götürülüb
Azərbaycanda iki kənd arasında tez-tez qan tökülür, çoxu da ölümlə bitir
Ölümün bir addımlığında: Təcrübəyə görə qan içdilər, zəhərləndilər
Bərdə raket mərmisi yağışı altında: Şəhərin infrastrukturu darmadağın edilir – video

Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs yaralanıb - Baş Prokurorluq

115
(Yenilənib 15:13 28.10.2020)
Kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində Bərdədə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

BAKI, 28 oktyabr - Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda həmçinin bildirilir ki, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

115
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Bərdə şəhəri raket atəşinə tutulur, ölənlər var
Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video
Ermənistan Tərtərdən sonra Bərdəni raketlə dağıtmağa cəhd edir - rəsmi
Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb
Baş Prokurorluq

Bərdəyə hücum nəticəsində 14 dinc sakin ölüb, 40-dan çox adam yaralanıb

93
(Yenilənib 14:48 28.10.2020)
Bu gün saat 13 radələrində Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, zərbə nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

93
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0