Manat və qandal

Binəqədidən Abşerona doğru müdhiş "rəngli cinayət" seriyasının üstü açılıb

10271
(Yenilənib 16:08 05.11.2018)
Yanacaqdoldurma məntəqəsinə saxta 100, mağazalara isə saxta 50 manatlıq əskinaslar ödəyən şəxslər tutulub

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda rəngli printerdə hazırlanmış saxta manatlardan istifadə hallarının sayı artıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Manat
© Sputnik / Murad Orujov

Məlumata görə, "Azpetrol" LTD ASC-nin rəhbərliyi Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Binəqədi şossesi 39 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) paytaxt sakini, 1964-cü il təvəllüdlü Vladimir Dibkov onlara saxta 100 manatlıq əskinasla ödəniş etməyə cəhd göstərib.

Sözügedən rayonun polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları Dibkovu saxlayıblar. İlkin məlumata görə, ondan götürülmüş əskinas rəngli printerdə çap olunub.

Qeyd edək ki, YDM-lər dələduzların tez-tez saxta pulla ödəniş etdikləri yerlərdəndir. Lakin YDM-in işçilərinə bu barədə xəbərdarlıq edilib. Ona görə də avtomobil sahiblərinə yanacaq satarkən diqqətli olmağa çalışırlar.

Bununla yanaşı, Abşeron RPİ-nin əməkdaşları saxta pul istehsalı ilə məşğul olan ana və oğulu müəyyən ediblər. Bu işlə məşğul olan Nəsimi rayon sakinləri Nərgiz Mirzəyeva və Namiq Əsgərov saxlanılıb. Onlar rəngli printerlərin köməyi ilə saxta manat əskinasları çap edərək dövriyyəyə buraxmaqda ittiham edilirlər.

Yaxın qohumlarla bağlı iki epizod üzrə cinayət işi qaldırılıb. Bu epizodlardan birinə görə, Mirzəyeva Xırdalanda şirniyyat dükanına saxta 50 manatlıq ödəməkdə təqsirli bilinir.

İkinci belə hadisə Masazır qəsəbəsində "Yeni Bakı" yaşayış kompleksinin ərazisindəki mağazada aşkarlanıb. Məhz bu faktları araşdıran polis əməkdaşları saxta pul kəsən qadının və onun oğlunun izinə düşüblər.

Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı polis əməkdaşları rəngli printer və saxta pul çapı üçün lazım olan digər əşyaları aşkarlayıblar. Maraqlıdır ki, saxlanılan şəxslərin digər qohumu Yusif Əsgərov hal-hazırda analoji cinayətlə bağlı həbsxanada yatır.

10271
Teqlər:
saxta, yanacaqdoldurma məntəqəsi, printer, manat
Əlaqədar
Azərbaycanda saxta pul satan belçikalılara hökm oxunub
Saxta pul satanlar tutuldular
500 avroluq əskinasların saxta versiyaları Azərbaycanda üzə çıxdı
Bəxtəvərin saxta pullarını əlindən aldılar