Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Ağstafada faciə: Yeniyetmə arabanın altında can verdi

262
(Yenilənib 13:37 05.11.2018)
Ağstafa rayonunda arabanın aşması nəticəsində yeniyetmə həlak olub

BAKI, 5 noyabr — Sputnik. Ağstafa rayonunda 14 yaşlı yeniyetmə bədbəxt hadisənin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Ağstafa rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yeniyetmə arabanın təkəri altında qalaraq həyatını itirib.

Belə ki, rayonun Saloğlu qəsəbəsi ərazisində yerli sakin, 2004-cü il təvəllüdlü İbrahimov Famil Tahir oğlu yol gedərkən aşan arabanın altında qalıb. Araba aşan zaman yeniyetmə ölümcül travma alıb. Oğlan rayon xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

262
Teqlər:
araba, yeniyetmə, həlak, Ağstafa
Əlaqədar
Bakıda qorxulan hadisə baş verdi
Türkiyədə arzuolunmaz hadisə baş verib
İki rayonumuzda eyni gündə eyni bədbəxt hadisə yaşandı
Tovuzda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət aldı
Binəqədidə fövqəladə hadisə baş verib