FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları

Paytaxtdakı dəhşətli yanğının təfərrüatları bilindi

6568
Fakt üzrə araşdırma aparılır

BAKI, 3 noyabr — Sputnik. Bakıda kafedə insan ölümü ilə nəticələnmiş yanğının təfərrüatları məlum olub.

Sputnik Azərbaycan xəbər vermişdi ki, paytaxtın Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisindəki kafe yanıb. 

FHN-dən daxil olan məlumatda bildirilirdi ki, yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Nərimanov rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanğın baş verən kafe zirzəmidə fəaliyyət göstərirmiş. Həlak olanlardan biri bu məkanın icarədarı, digər ikisi isə fəhlələr imiş.

Onlar kafedə təmir işləri aparırmışlar və gecəni orda qalmaq qərarına gəliblər. Fəhlələr qızdırıcını qoşublar. Yanğına da qızdırıcı səbəb olub. Lakin bu 3 nəfər möhkəm yatdığı üçün yanğından xəbər tutmayıblar. Nəticə onlar üçün faciəli olub. Meyidlər səhərə yaxın aşkar edilib.

Fakt üzrə araşdırma aparılır.

6568
Əlaqədar
Bakıda dəhşətli yanğında 3 nəfər öldü
Yanğın parklanma yerinə on milyonlarla dollar ziyan vurub
FHN yanğın xəbəri yayıb
Cənub zonasında da yanğın meydana çıxıb