Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qatarın yük maşını ilə toqquşması nəticəsində 18 nəfər yaralandı

© Sputnik / Valery Melnikov / Mediabanka keçidQatar toqquşması
Qatar toqquşması - Sputnik Azərbaycan
Abunə olmaq
Maşinist əyləcə bassa da, toqquşmadan yayınmaq mümkün olmayıb

BAKI, 3 noyabr — Sputnik. Rusiyanın Krasnodar diyarında yük maşını qatarla toqquşub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində 18 nəfər xəsarət alıb.

Məlumata əsasən, hadisə Bakı vaxt ilə səhər saat 05:10-da Timaşevsk və Vedmidovka stansiyaları arasında baş verib. Belə ki, yük maşını sərnişin qatarının qarşısına çıxıb.

Maşinist əyləcə bassa da, toqquşmadan yayınmaq mümkün olmayıb.

Son məlumatlara əsasən, insident nəticəsində 18 nəfər xəsarət alıb. Onların arasında Minsk — Adler qatarının maşinisti və maşinistin köməkçisi də var. Yük maşınının sürücüsü də daxil olmaqla dörd nəfər xəstəxanaya aparılıb. Daha 14 nəfərə ambulator yardım göstərilib.

Xəbər lenti
0