Qəza, arxiv şəkli

Şamaxıda ağır qəza nəticəsində ölənlər var

179
(Yenilənib 22:47 02.11.2018)
Meyitlər deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblər

BAKI, 2 noyabr — Sputnik. Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən rayonun Çöl Göylər kəndində “Shacman” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il təvəllüldü Zülfüqarova Toma Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

179
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, ölən, qəza, Şamaxı
Əlaqədar
Bakı-Sumqayıt yolunda ağır qəza baş verdi, yol polisinin oğlu öldü – VİDEO
Dəhşətli qəza oldu: 50 nəfər öldü, 2 nəfər sağ qaldı — VİDEO
Rusiyada ağır qəza: 12 nəfər həlak oldu - VİDEO
Həmyerlimiz Türkiyədə ağır qəza törətdi, yaralılar var
Şimal bölgəsində ağır qəza oldu, ölən var