Əli qandallanmış adam, arxiv şəkli

İnsanları “instituta qəbulla” aldadan dələduz ələ keçdi

78
(Yenilənib 16:30 02.11.2018)
Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə "qara sıyahı"ya ataraq onlarla əlaqələrini kəsib

BAKI, 2 noyabr — Sputnik. "Instagram" sosial şəbəkəsində universitetlərə qəbul imtahanlarında keçid balının qaldırılması və bu kimi uydurma xidmətlər təklif edərək insanların pullarını mənimsəyən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə insanların etimadını qazanan və həmin şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vuran şəxslərə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə "Instagram" sosial şəbəkəsində "hacker_azerbaijan" və "hacker_club_aze" adlı səhifələrin sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub.

Məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, həmin səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur.

Keçirilən əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində "hacker_azerbaijan" və "hacker_club_aze" səhifəsinin Mingəçevir şəhər sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma zamanı müəyyən edilib ki, C.İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə "qara sıyahı"ya ataraq onlarla əlaqələrini kəsib. Həmçinin, o da müəyyən edilib ki, C.İbadov tələb etdiyi pulu ona göndərməyən insanları həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə də hədələyib.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin, hələlik istintaqa məlum olan 3 nəfərdən, ümumilikdə, 9000 manat pul aldığı sübuta yetirilib. C.İbadovun adları qeyd edilən səhifələr vasitəsilə "Instagram" sosial şəbəkəsində aldatdığı və pulunu mənimsədiyi başqa şəxslər varsa bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat verə bilərlər.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək, sosial şəbəkələrdən istifadə edən zaman bu tipli vədlər verib, insanları dələduzluq yolu ilə aldadan və pullarını mənimsəyən, həmçinin müəyyən xidmətlər müqabilində şəxsi məlumatlar tələb edən səhifələrdən uzaq durmağı tövsiyə edir.

78
Teqlər:
hədə-qorxu, Daxili İşlər Nazirliyi, Instagram, dələduz
Əlaqədar
Saakaşvilidən Poroşenkoya "dələduz" ittihamı
Vətəndaşa 60000 manat “atan” dələduz yaxalandı
Dələduz-müəllim olmayan avtomobillərə görə 16 milyon qazandı
Ərəb turistlərin dələduz "pərvanələri"
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

5
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

5
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar
Tüstü, arxiv şəkli

Havanı çirkləndirən sexin sahibi cəzalanıb

2
(Yenilənib 10:58 10.08.2020)
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 10 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib.

2
Əlaqədar
Xəzəri çirkləndirənlər kimlərdir? Nazirliyin rəsmisi həyəcan təbili çalır
İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...
Təmizlik və yetmiş milyard dollar - həyata keçsə, yaşadıq
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
Gürcüstanda epidemioloji vəziyyət, arxiv şəkli

Gürcüstana göz dəydi, koronavirusa yoluxma halı kəskin artdı

0
(Yenilənib 12:28 10.08.2020)
Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb.

BAKI, 10 avqust — Sputnik. Son bir sutka ərzində Gürcüstanda koronavirusa yeni 25 yoluxma faktı qeydə alınıb. Sputnik Gürcüstan xəbər verir ki, ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1250-yə çatıb.

Son 24 saat ərzində qonşu ölkədə virusa yoluxmuş 10 pasiyent sağalaraq evə buraxılıb. Ümumilikdə xəstəlikdən sağalanların sayı 1010-a çatıb, 17 nəfər isə ölüb.

Ermənistanda koronavirusa yoluxanların sayı 40433-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, avqustun 8-dən bu virusa yoluxanların sayı daha 23 nəfər artıb.

Ermənistanda son gündə daha 5 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 796-ya çatıb. Xəstəlikdən sağalanların sayı 32616 olub. Hazırda bu ölkədə 6793 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 19,8 milyonu keçib, 731 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Pandemiyanın ən çox ziyan vurduğu sahə - Burada çalışanların yoluxma riski daha böyükdür
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan ölüb
Koronavirusla mübarizədə ağ və qırmızı şərab
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Anticisimdən başqa heç nə kömək etmir – Rusiyalı həkimdən qəti mövqe