Fahişə, arxiv şəkli

Azərbaycanlı qadınlar Türkiyədən deport edilib

126
(Yenilənib 12:50 02.11.2018)
Onlarda yoluxucu xəstəliklərin olub-olmaması da yoxlanılıb

BAKI, 2 noyabr — Sputnik. Türkiyənin Balıkəsir rayonunda fahişəlik etdiyi üçün həbs edilən 3 qadın ölkədən deport edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, saxlanılan qadınlardan iki Azərbaycan, biri Özbəkistan vətəndaşıdır.

Azərbaycan vətəndaşları - 27 yaşlı G.G, 30 yaşlı A.R və 29 yaşlı Özbəkistan vətəndaşı izahatları alındıqdan sonra ölkədən çıxarılıb. Qadınlarda yoluxucu xəstəliklərin olub-olmaması da yoxlanılıb.

126
Teqlər:
deportasiya, qadın, Türkiyə, Azərbaycan
Əlaqədar
Türkiyədə azərbaycanlıları fahişəliyə məcbur edən böyük banda tutuldu
Donald Tramp fahişələri internetdən qovur
“Qırmızı fənərlər kvartalı”nda yeni qayda: Fahişələrə baxmaq qadağan edildi