Milli Məclis

"Çox danışırsan", "İmkan verin, sözümüzü deyək", "Uzatma" - Milli Məclisdə mübahisə

18496
Millət vəkili: "Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi?"

BAKI, 2 noyabr — Sputnik. Milli Məclisin bugün keçirilən plenar iclasında deputatlar arasında mübahisə yaranıb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə millət vəkili Zahid Orucun çıxışı zamanı baş verib.

Belə ki, Z.Oruc ölkədə alternativ cəzaların sayının artmamasının narahatlıq doğurduğunu deyib: "Son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansı qərara, hökmə rast gəlinməyib. Alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək gəlmək olmur".

Onun çıxışı bəzi həmkarlarının etirazı ilə qarşılanıb. Və qarşılığında Z.Oruc "Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub?" cavabını verib.

Bundan başqa, deputat Yevda Abramov "çox danışırsan" replikasını atıb. Z.Orucun da cavabı yumşaq olmayıb. "Yevda müəllim, sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin" - deyə o bildirib.

Yaşanan gərginliyə spiker Oqtay Əsədov müdaxilə edib. "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil" - deyə spiker Z.Oruca irad bildirib.

18496
Teqlər:
Zahid Oruc, etiraz, deputat, Milli Məclis
Əlaqədar
Oqtay Əsədov: "Hər şeyi Milli Məclis edə bilməz ki!"
Milli Məclis üzvləri üçün yeni qadağalar gəlir
Milli Məclisdə “bahalı hədiyyə” müzakirəsi
Milli Məclisdə böyük qalmaqal: Bir qrup nümayəndə zalı tərk edib