Bakı metrosu

Bakı metrosunda baş verənlərin səbəbi məlum oldu

181
(Yenilənib 10:58 02.11.2018)
Bəxtiyar Məmmədov: “Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb”

BAKI, 2 noyabr — Sputnik. Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkəti ləngiyib. Buna səbəb qatarda yaranmış problem olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlama verərək deyib ki, ləngiməyə səbəb Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda texniki problemin yaranması olub: “Maşinist həmin problemi 4 dəqiqəyə aradan qaldırıb. Buna görə də, ümumi hərəkətdə ləngimə yaranıb".

"Dərnəgül-Həzi Aslanov marşrutu üzrə hərəkət edən sərnişin çox olduğu üçün orada ləngimə daha çox hiss edilib, Dərnəgül-İçərişəhər marşrutunda isə demək olar, hiss edilməyib. Hal-hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir” - deyə qurumun sözçüsü əlavə edib.

181
Teqlər:
Bakı Metropoliteni, maşinist, hərəkət, qatar, metro
Əlaqədar
Metro pulsuz oldu – İlginc səbəb
Tbilisidə metro fəaliyyətini dayandırdı, avtobuslar pulsuz xidmətə keçdi
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Metro ilə gedənlər üçün önəmli xəbər
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Şüşə qırıntısı, arxiv şəkli

Bakıda avtomobil yol kənarındakı iki balaca qızı vurub

34
(Yenilənib 21:32 12.07.2020)
Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər

 

BAKI, 12 iyul — Sputnik. Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

“Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.  Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdiriliblər.

34
Əlaqədar
Bakıda anasının doğum gününə gedən qızı avtomobil vurdu
Abşeronda 4 yaşlı uşaq atasının avtomobilinin altında qaldı
Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb
İnsanın kölgəsi, arxiv şəkli

Evi icazəsiz tərk edən COVID xəstəsinə cinayət işi açıldı

15
(Yenilənib 15:03 12.07.2020)
Aktiv koronavirus xəstəsi, Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan Bağırov Rövşən Xürrəm oğlunu polis nəzarətə götürüb

BAKI, 12 iyul — Sputnik. Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi  qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bölgələrimizdə koronavirusla bağlı vəziyyəti - Hansı zona daha təhlükəlidir?
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Nazirlik COVİD-19-a yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Ölkəmizdə kimlər daha çox risk altındadır? - Koronavirusa yoluxanların yaş qrupları
Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb
Zaqatala rayonunda çay, arxiv şəkli

Çayda batan əsgərin yaxınlarını onun boğulduğu əraziyə apardılar

0
Hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər

BAKI, 12 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər. 

Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən  Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun meyitinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki,  hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.

0