YPX əməkdaşları

Bakıda yol polisləri ilə qadınlar arasında münaqişə yaşanıb

9258
(Yenilənib 16:46 01.11.2018)
Qanun keşikçiləri həbs qoyulan avtobusu reysdən çıxarmağa cəhd ediblər, lakin bu zaman qanun çərçivəsində hərəkət etməyiblər

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 1 noyabr – Sputnik. Noyabrın 1-də Sputnik Azərbaycan-ın 3 xanım əməkdaşı işə gecikdiyi üçün məzəmmət olunub. Redaksiya işçiləri evdən yola sərf olunacaq zamanı nəzərə alaraq çıxıblar. İşin xüsusiyyəti elədir ki, jurnalistlərin boş vaxtları praktiki olaraq olmur.

İşə gecikmənin səbəbi isə, nə qədər paradoksal olsa da, "20 Yanvar" metrostansiyası yaxınlığında Dövlət Yol Polisi əməkdaşının yaratdığı gərginlik olub. Belə ki, cümə axşamı saat 09:40 radələrində "20 Yanvar" dairəsindən Zərdabi küçəsi istiqamətdə hərəkət edən 29 nömrəli sərnişin avtobusuu yol polisləri saxlayıb. Onlar nəqliyyat vasitəsinə həbs qoyulduğu üçün sürücüdən sərnişinləri düşürməyi tələb edib.

Demək olar ki, bütün sərnişinlər nəqliyyat vasitəsindən yerə düşürülüb, lakin bir neçə qadın prinsipial olaraq öz yerlərində oturublar. Onlar polislərə bildiriblər ki, qanunvericiliyin tələblərini bilirlər və qanun keşikçilərindən tələb ediblər ki, avtobusu son dayanacağa qədər müşayiət etsinlər, yalnız bundan sonra nəqliyyat vasitəsini cərimə meydançasına aparsınlar. Beləcə tərəflər razılığa gəlib və sərnişinlər öz yerlərində oturduqdan sonra avtobus yenidən hərəkətə başlayıb.

Lakin Zərdabi küçəsində, keçmiş qızıl-zinət zavodu yaxınlığında müşayiət edən polis avtomobili yenidən avtobusu saxlayıb və sərnişinlərin bir hissəsini yenidən, ikinci dəfə avtobusdan düşürüb. Polislərin fikirlərini niyə dəyişdikləri bilinmir, lakin bu dəfə onlar prinsipial mövqe tutublar və narazı sərnişinlərə bildiriblər ki, kimin hara gecikməsi veclərinə belə deyil: "Biz qanunları bilirik, siz bizə onları öyrədə bilməzsiniz".

Qadın sərnişinlər polislərdən daha da prinsipial və qətiyyətli olublar. Onlar öz dayanacaqlarında düşməyənə qədər yerlərindən tərpənməyəcəklərini bəyan ediblər. Bunu görən polislərdən biri elan edib ki, "Son dayanacaq Badamdar qəsəbəsindədir və avtobus ora gedənədək heç kim yolda düşməyəcək".

Vəziyyət yenidən gərginləşib. Haqlı mövqelərindən geri durmayan qadınlar isə, sürücüdən avtobusu onların düşməli olduqları dayanacaqda saxlamağı tələb ediblər. Nəticədə sürücü avtobusu saxlamalı olub və qadınlar öz dayanacaqlarında eniblər.

Sputnik Azərbaycan-ın əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxlayıb, lakin baş verənlərə dair aydın izahat əldə edə bilməyib.

Bundan sonra müxbir Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Əliyevə müraciət edib. Əliyev vurğulayıb ki, onlar tərəfindən baş verənlər araşdırılacaq və yalnız bundan sonra polis əməkdaşlarının hərəkətlərinə hüquqi qiymət veriləcək.

BDYPİ sözçüsü, həmçinin qanunvericiliyin tələbəni də açıqlayıb: "Qanuna əsasən, münaqişəli vəziyyətdən yayınmaq üçün polis əməkdaşı avtomobil parkının dispetçeri ilə əlaqə saxlamalı və sərnişinlər düşürülməzdən əvvəl alternativ ictimai nəqliyyat vasitəsi ilə təmin edilməlidir. Bununla da sərnişinlər heç bir çətinlik olmadan təyinat nöqtəsinə çata bilər".

"Ya da YPX avtomobili avtobusu son dayanacağa qədər müşayiət etməlidir. Lakin dayanacaq bu halda onun xidmət apardığı ərazidə olmalıdır. Əks halda yol polisinin avtomobilinə quraşdırılan GPS onun müəyyənləşdirilən ərazini tərk etdiyini qeydə alacaq ki, bu da olmamalıdır. Sizin dediyiniz halda, baş verən qayda pozuntusu dispetçer tərəfindən törədilib. Çünki o, xəttə problemli avtobus buraxmamalıdır".

9258
Teqlər:
qanun, qadınlar, avtobus, sərnişin, sürücü, DYP, yol polisi
Əlaqədar
Yol polisi sürücülərə xəbərdarlıq edir: Geciksəniz, cərimə ediləcəksiniz
Yol polisi sürücülərə müraciət etdi
Yol polisindən sürücülərə SMS xəbərdarlığı
Dövlət Yol Polisindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlara xəbərdarlıq
Məktəblilər, arxiv şəkli

Atəş nəticəsində ölən xəsarət alan məktəblilərin sayı açıqlandı

27
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

"Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
 Meyitxana, arxiv şəkli

Balaxanı qəsəbəsində qətl törədilib

29
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Sabunçu Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

29
Məktəb, arxiv şəkli

Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?

0
Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri belə hesab edirlər ki, 12 yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır.

BAKI, 24 oktyabr — Sputnik. Bütün dünyadan koronavirus epidemiyası yayıldığı gündən bu yana hansı yaşdan etibarən uşaqların maska taxmalı olduqları məsələsi də ən çox müzakirə olunan mövzulardan biridir. Rusiyalı ekspert bu suala dəqiq cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, mütəxəssislər 12 yaşdan etibarən bütün uşaq və yeniyetmələrin maska taxmasını tövsiyə edirlər. Rusiyanın Paster adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi belə hesab edir ki, bu yaşdan başlayaraq uşaqlarda virusa qarşı həssaslıq yaranır. Mütəxəssisin sözlərinə görə, bununla belə, uşaqlar COVID-19 virusunun aktiv daşıyıcıları hesab olunmurlar. Müşahidələr göstərir ki, bu virus əksər hallarda uşaqlara böyüklərdən yoluxur.

0