Təcili tibbi yardım

Tovuzda 9 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət aldı

24
(Yenilənib 01:56 01.11.2018)
Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb

BAKI, 1 noyabr — Sputnik. Tovuz rayonunda 9 yaşlı uşaq yük maşınından yıxılaraq xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, 9 yaşlı Fəqan Xəqani oğlu Həsənov "QAZel" markalı yük avtomobilindən yıxılaraq ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

24

Sabaha gözlənilən hava proqnozu açıqlandı

12
(Yenilənib 13:33 09.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

BAKI, 9 avqust - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə  isti olacaq.

12
Нож в руке мужчины, фото из архива

Prokurorluq Bakıda qardaşın qardaşı qətlə yetirməsi barədə məlumat yayıb

7
(Yenilənib 11:07 09.08.2020)
İstintaqla hadisənin zərərçəkmişin qardaşı Elvin Eynullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 9 avqust - Sputnik. Avqustun 8-də saat 09 radələrində Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qardaşı Elvin Eynullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Eynullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

7
Qadın Honqkonqda valyutadəyişmə məntəqəsinin qarşısından keçir, arxiv şəkli

Çin turistləri cəlb etmək üçün daha bir yola əl atır

0
Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar.

BAKI, 9 avqust — Sputnik. Çinin Şandun, Şansi, Henan, Şensi, Quyçjou və Qansu əyalətlərində 500-dən artıq turist obyekti daha çox ziyarətçi cəlb etmək məqsədilə biletlərin qiymətini endiriblər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən bildirir ki, ilin sonunadək səyahətçilər görkəmli yerlərə 20-50% güzəştli qiymətlərlə baxa bilərlər.

Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar, obyektə girməmişdən əvvəl isə hərarətləri ölçüləcək və sağlamlıqları barədə məlumat daşıyan xüsusi QR-kodu göstərməlidirlər.

Məsələn, Quyçjou əyalətində hökumət apreldən iyuladək bütün 420 turistik görməli yer üçün pulsuz biletlər təklif edib. Hazırda bu hüquqa yalnız tibb işçiləri malikdirlər, digər şəxslər isə biletin haqqının yarısını ödəyirlər. Biletləri yalnız onlayn almaq olar.

Məmurlar bildirirlər ki, çevik qiymət siyasətinin sayəsində obyektlərdə turistlərin sayı ötənilki göstəricilərin təxminən yarısını təşkil edib.

0