FHN əməkdaşları

Yasamaldan həyəcan siqnalı daxil olub

105
(Yenilənib 10:19 31.10.2018)
Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub

BAKI, 31 oktyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

105
Teqlər:
Yasamal rayonu, həyəcan siqnalı, Fövqəladə Hallar Nazirliyi
Əlaqədar
FHN Qubadakı faciənin səbəbləri ilə bağlı rəsmi məlumat yaydı
FHN elektrik enerjisinin kəsintisi ilə bağlı vacib məlumat yaydı
Yanğını yalnız qismən söndürmək mümkün olub - FHN
FHN yanğın xəbəri yayıb
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə həyəcan siqnalı daxil olub
Velosipedçi, arxiv şəkli

Özünü Niderlandda hesab edən 21 azərbaycanlı cərimə edilib

3
(Yenilənib 12:55 10.08.2020)
Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub

BAKI, 10 avqust — Sputnik. Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.

Qeyd edək ki, dünyada ən çox velosipeddən istifadə edənlər Niderlandda yaşayırlar. Bu ölkədə velosipedlərin sayı, demək olar ki, əhalinin sayına bərabərdir və təqribən 16 milyon ədəd təşkil edir.

 

3
Əlaqədar
Sən vurmadın, mən yıxılmadım, günahkar kimdir?
Millət vəkilindən maraqlı təklif - Bir gün...
"İşə piyada gedib-gəlin" - Elə bilirdiniz, polisimiz bu fəndi bilmir?
Bakıda polis əməkdaşı, arxiv şəkli

Bakıda polisi bıçaqladılar

6
(Yenilənib 12:09 10.08.2020)
İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib

BAKI, 10 avqust — Sputnik. Ötən gün paytaxtın Xətai rayonu ərazisində polis əməkdaşlarına müqavimət göstərilməsi və bir nəfər polis əməkdaşına xəsarət yetirilməsi ilə bağlı prokurorluğa məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla həmin gün saat 02 radələrində həmin vaxt xidmətdə olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının 3-cü patrul bölüyünün polis əməkdaşları - Vüsal Məmmədov, Kənan Qurbanlı, Elvin Tağıyev, Nihad Əliyev Xətai rayonu ərazisində bir neçə şəxsin səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərinin qarşısını almaq istəyərkən oradakı şəxslərdən biri olan Elşad Əsədovun polis əməkdaşlarını bıçaqla hədələməsinə, hadisə yerindən qaçmaq məqsədilə polis əməkdaşı Vüsal Məmmədova müqavimət göstərərək onun kürək nahiyəsinə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

6
Əlaqədar
Quliyevlər arasında bıçaqlanma - Mixayil Sənanı qanına qəltan elədi
Nərimanovda 28 yaşlı gənci bıçaqlayaraq öldürüblər
Yolda meyiti tapılan qadını öldürüblər – Qatil Bakıda saxlanıldı
Abşeronda kütləvi davada iki nəfər öldürülüb
Bakıda sevgililər bıçaqlandılar