Təcili tibbi yardım

Quba sakini həmkəndlisini xəstəxanalıq etdi

42
Əhmədov törətdiyi əməli etiraf edərək həmkəndlisini döyərək ona xəsarət yetirdiyini bildirib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanda 40 yaşlı kişi həmkəndlisi tərəfindən döyülərək xəstəxanalıq olub. Hadisə oktyabrın 27-də baş verib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan xəbər verilib. 

Quba rayounun Bağbanlı kənd sakini sakini, 40 yaşlı Əfqan Əhmədovun qapalı kəllə beyin travması diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Əfqan Əhmədov izahatında kənd ərazisində tanımadığı şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Tofiq Əhmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı T.Əhmədov törətdiyi əməli etiraf edərək həmkəndlisini döyərək ona xəsarət yetirdiyini bildirib.

42