Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Tükürpədici Sumqayıt cinayətinin təfərrüatı ortaya çıxdı

8845
(Yenilənib 16:26 29.10.2018)
Qız artıq çəkili olduğu üçün onun hamiləliyi nəzərə çarpmayıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Sumqayıtda qandonduran cinayət hadisəsi baş verib. Belə ki, ana və qızı əlbir olaraq, qeyri-qanuni doğulmuş körpəni öldürüblər.

Sumqayıt Şəhər Polis İdarəsindən Sputnik Azərbaycan-a hadisənin detalları barədə ilginc məlumatlar verilib. Məlumata görə, uşaq ölümü hadisəsi, anonim şəxs tərəfindən polisə xəbər verilməsəydi, gizli qala bilərmiş. Məlumatın yoxlanılması ağır bir cinayət hadisəinin baş verdiyini sübut edib.

Hazırki vəziyyətdə körpənin ölümündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri, 1996-cı il təvəllüdlü C. V. və onun 56 yaşlı anası S.C. təqsirli bilinir. Qadınlar öldürülən uşağın cəsədini qəsəbə qəbirstanlığı ərazisində dəfn ediblər.

Operativ istintaq qrupu körpənin cəsədini tapıb və ölüm səbəbini müəyyən etmək üçün müvafiq tədbirlər görüb. Körpənin boğularaq öldürüldüyü müəyyən edilib.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarına körpənin öldürülməsi oktyabrın 26-da məlum olub. İstintaq zamanı müəyyən edilib ki, nikahda olmayan C.V. sentyabrın 30-da keysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Qız artıq çəkili olduğu üçün onun hamiləliyi nəzərə çarpmayıb. Ancaq körpəni qonşulardan gizlətmək mümkün olmayıb.

Buna görə də, "niyə sizin evinizdən körpə ağlamasının səsi gəlir" suallarına C.V.-nin anası "qapımıza uşaq atıblar, bizim də yazığımız gəlib, götürüb qayğısına qalırıq" - deyə cavab verib.

Oktyabrın 26-da isə ana və qız artıq yükdən azad olmaq istəyib və körpəni öldürüblər. Hazırda faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda istintaq davam edir.

8845
Teqlər:
qız, ana, körpə, cinayət, uşaq, Sumqayıt
Əlaqədar
Gəncədə yeni doğulmuş körpə öldü, səbəb bəlli deyil
Yoldan keçənlər pəncərədən düşən körpəni xilas etdilər – VİDEO
Beyləqanda yaşayış evi yandı, İki körpə uşağı olan ailə çöldə qaldı
Həkimlər körpənin gözündən 11 parazit çıxardılar — VİDEO
Daha bir körpə ölümü baş verdi – Son iki gündə ikinci hadisə
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

“Yeni klinika”nın direktoru həbs olunub - FOTO

53
(Yenilənib 10:29 22.04.2021)
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 22 aprel — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə dair məlumat daxil olub. Həmin razılaşmaya uyğun olaraq o, öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

© Photo : Wikimed.az
Pərviz Abbasov

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

53
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Mais Ağayev: “Piyadalar bu işə fayda verməlidirlər”

27
(Yenilənib 16:37 21.04.2021)
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyir ki, piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər
Mais Ağayev: “Piyada təhlükəsizliyinin artırılması ilə bağlı zəruri addımlar atılır”

“Piyada təhlükəsizliyinin artırılması ilə bağlı həm Bakı Nəqliyyat Agentliyi, həm də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

“Lakin piyadaların vurulması və onların ölümü ilə nəticələnən hadisələrin olmaması üçün piyadalar da qarşılıqlı olaraq bu işə fayda verməlidirlər. Piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Sabunçu rayonunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.

Mais Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Baloğlan Əşrəfov, arxiv şəkli

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub

0
(Yenilənib 14:22 22.04.2021)
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

 

BAKI, 22 aprel — Sputnik. Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib: "On üç gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə qaraciyər köçürülmüşdü.

0