Yaşayış binasında yanğın

Cənub zonasında da yanğın meydana çıxıb

147
(Yenilənib 15:18 29.10.2018)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

BAKI, 29 oktyabr — Sputnik. Masallı rayonunun Bədəlan kəndində ümumi sahəsi 356 m2 olan ikimərtəbəli 9 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xatırladaq ki, ötən gecə şimal-qərb bölgəsində də yanğın olub. Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 72 m2 olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

147
Teqlər:
Yanğın, rayon, Masallı
Əlaqədar
FHN yanğın xəbəri yayıb
Bakıda yanğın meydana çıxıb
Dövlət agentliyinin avtomobili qəzaya düşərək yandı, yaralananlar var
Şimal-qərb bölgəsində yanğın olub