Badamdarda sürüşmə zonası

Badamdar göz görə-görə sürüşür

82
(Yenilənib 12:49 29.10.2018)
Bu gün saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır

BAKI, 29 oktyabr — Sputnik. "Badamdar - 20-ci sahə yolunun sağ kənarındakı sürüşmə zonasında bu gün saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargahdan məlumat verilib. Bildirilib ki, sürüşmənin yuxarı hissəsində asılı halda olan suxur kütləsinin qopması və suxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.

"Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb" - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Badamdar - 20-ci sahə yolunun sağ kənarında sürüşmə oktyabrın əvvələrindən müşahidə edilir. Ərazidə 11 fərdi ev və 3 obyekt var. Məlumata görə, evlərin divarlarında müxtəlif ölçülü çatlar yaranıb. Çatlara mayaklar qoyulub. Vəziyyət nəzarət altındadır.

82
Teqlər:
ev, torpaq, Badamdarda sürüşmə
Əlaqədar
Badamdardakı sürüşmə zonasında son vəziyyət açıqlandı
Badamdar sürüşmə zonasında son vəziyyət
Sürüşmə zonasından yeni xəbər var
Badamdar sürüşmə zonasında gərginlik davam edir
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0