Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qərb bölgəsindəki dəhşətli qəzada 7 yaşlı qız həlak oldu

© Sputnik / Irade JELILQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb

BAKI, 28 oktyabr — Sputnik. Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 19 yaşlı Sənan Elbrus oğlu Məmmədov idarə etdiyi avtomobillə 2011-ci il təvəllüdlü yerli sakin Məmmədova Zəhra Telman qızını vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0