ABŞ dolları

Bakıda yeniyetməni qorxudaraq 45 min dollar alıblar

211
(Yenilənib 14:25 27.10.2018)
Yeniyetməyə hədə-qorxu gələn bir neçə nəfər ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə 18 000 ABŞ dolları alıblar

BAKI, 27 oktyabr — Sputnik. Bakıda yeniyetməyə hədə-qorxu gəlib 45 min dollar alan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə 18 000 ABŞ dolları aldıqlarını bildirib.

Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

211
Teqlər:
polis, dollar, yeniyetmə, hədə-qorxu, Daxili İşlər Nazirliyi
Əlaqədar
Bu dəfə hədəf cəbhənin Goranboy istiqamətidir
Əczaçını hədələyərək kassadan 2000 manat götürən şəxs saxlanılıb
Boltonun Qafqaz səfəri – Hamı İranı hədəf göstərir
Paşinyan daha bir hədəfinə çatdı – baş nazir seçilmədi
Fransa ərəbləri sanksiya ilə hədələdi

Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

3
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

BAKI, 9 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

3
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

158
Güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

BAKI, 9 may - Sputnik. Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, nazirlik təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.

Bununla yanaşı, əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışmaq lazımdır.

Həmçinin, güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur.

Təhlükə zamanı “112”-yə zəng edin!

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, xüsusilə mayın 10-da güclü külək əsəcəyi proqnozlaşdırılır.

158
Dayanma-durmaya qaydaları pozan avtomobillər

BNA: Nəqliyyat vasitələrini səkilərdə ağacların altında park etməyin

0
Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

BAKI, 9 may — Sputnik. Proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə etdiyi müraciətdə qeyd edilir:

"Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin"-deyə müraciətdə bildirilir.

0