Post patrul avtomobilləri

Göygöl polisinə silahlı hücum olub, qarşıdurma baş verib

362
(Yenilənib 14:08 26.10.2018)
Oğrular polisi onlara atəş açmağa vadar ediblər

BAKI, 26 oktyabr — Sputnik. Göygöl rayonunda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı cinayətkarı yaralayıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

İnsident Göygöl rayonunun Qarabulaq kəndi ərazisindəki meşədə baş verib. Meşəbəyi polisə zəng edərək, iki naməlum şəxsin kəndlilərə məxsus iribuynuzlu heyvanları oğurlamağa cəhd etdiyini xəbər verib. Sarısu polisinin əməkdaşı dərhal yerli sakin Saleh Məmmədovla birlikdə  hadisə yerinə gedib.

Polis cinayətkarları saxlamağa cəhd edərkən, onlar müqavimət göstəriblər. Onlar Məmmədovu küt alətlə vurublar və onun üzərinə bıçaqla hücum ediblər.

Polis əməkdaşı öz tabel silahından havaya bir neçə xəbərdarlıq atəşi açıb. Lakin bu, cinayətkarları dayandırmayıb və onlar bıçaqlı hücumlarını davam etdiriblər. Bu zaman asayiş keşikçisi onlardan birinin ayağına atəş açmağa məcbur olub.

Həmkarlarının köməyinə gələn cinayət-axtarış şöbəsinin əməkdaşları heyvan oğrularını saxlamağa müvəffəq olublar.

Məlum olub ki, saxlanılan şəxslər Yevlax rayon sakini İnşallah Miriyev və Ağcabədi rayon sakini Şaiq Hümbətovdur. Heyvan oğruları cinayət məsuliyyətinə cəlb ediliblər.

Faktla bağlı araşdırma davam edir.

362
Teqlər:
silah, oğru, polis, Göygöl rayonu
Əlaqədar
Valideynləri vahiməyə salan "uşaq oğrusu" video-müraciət yaydı
Seyf oğrusu yaxalanıb
Paytaxtda "rekordçu oğru" saxlanıldı
"Şərəfsiz", "işverən": Bakılı molla ilə gəncəli oğru arasında şok olay - VİDEO