Qaz sayğacı, arxiv şəkli

Qaz sayğaclarına müdaxilə edən şəxs saxlanılıb

132
(Yenilənib 18:47 25.10.2018)
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb

BAKI, 25 oktyabr — Sputnik. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının vətəndaşlardan daxil olan çoxsaylı şikayət ərizələri əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindən ayrı-ayrı vaxtlarda evlərdən qaz sayğacları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mütəllim Əliyev saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, tutulan zaman M.Əliyevdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla M.Əliyevin sentyabr ayından oktyabrın 22-dək olan müddətdə rayon ərazisində 12 həyətyanı sahədən qaz sayğaclarını oğurlaması müəyyən edilib. Saxlanılan şəxs ifadəsində oğurladığı sayğacları sərfiyyatın azaldılması üçün qaz sayğaclarına müdaxilə edən ayrı-ayrı şəxslərin evlərində qeyri-qanuni yolla quraşdırdığı bildirib. Bu işin müqabilində M.Əliyev həmin ev sahiblərindən müxtəlif məbləğlərdə pul alıb. Saxlanılan şəxs həmçinin ona müraciət edən şəxslərin işlək vəziyyətdə olan qaz sayğaclarına da pul müqabilində sərfiyyatın azaldılması üçün qanunsuz müdaxilələr etdiyini etiraf edib. 

Qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən M.Əliyevin saxlanılan zaman ondan oğurladığı sayğacların bir neçəsi də maddi sübut kimi aşkar olunaraq götürülüb. Araşdırma zamanı həmçinin saxlanılan şəxsin bir neçə il bundan əvvəl qaz xəttlərinin çəkilişi ilə məşğul olan pordatçı şirkətlərdən birində çalışdığı da məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Əliyevdən qanunsuz olaraq oğurluq qaz sayğacları alan, həmçinin onun vasitəsi ilə sayğaclara müdaxilə edərək dövlətə ziyan vuran vətəndaşların da şəxsiyyətlərinin müəyyən edilərək məsuluiyyətə cəlb olunmaları istiqamətində istintaq və əməliyyat tədbirləri davam etdirilir.

132
Əlaqədar
Valideynləri vahiməyə salan "uşaq oğrusu" video-müraciət yaydı
Paytaxtda "rekordçu oğru" saxlanıldı
"Şərəfsiz", "işverən": Bakılı molla ilə gəncəli oğru arasında şok olay - VİDEO
İstanbulda tutulan azərbaycanlı "qanuni oğru" ilə bağlı yeni ilginc faktlar

Sabaha gözlənilən hava proqnozu açıqlandı

11
(Yenilənib 13:33 09.08.2020)
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

BAKI, 9 avqust - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir güclənəcək. 

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə  isti olacaq.

11
Нож в руке мужчины, фото из архива

Prokurorluq Bakıda qardaşın qardaşı qətlə yetirməsi barədə məlumat yayıb

6
(Yenilənib 11:07 09.08.2020)
İstintaqla hadisənin zərərçəkmişin qardaşı Elvin Eynullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 9 avqust - Sputnik. Avqustun 8-də saat 09 radələrində Suraxanı rayonu ərazisində Səfa Eynullayevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.

Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qardaşı Elvin Eynullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Eynullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

6
Çaxır

Koronavirusla mübarizədə qırmızı şərab

0
(Yenilənib 15:30 09.08.2020)
ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur. Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

BAKI, 9 avqust — Sputnik. Kanadalı alimlər şərabda koronavirus zamanı müşahidə edilən kəskin tənəffüs çətinliyi sindromunun (ARDS) şiddətini azalda bilən bir antioksidan tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kəskin tənəffüs çətinliyi sindromu ARDS ağciyərlərdə yayılmış iltihab nəticəsində yaranan tənəffüs çatışmazlığıdır. ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur.

Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

Bədəndəki konsentrasiyası əsasən qırmızı və ağ şərabda olan antioksidan resveratrol ilə artır.

Ancaq ACE2 konsentrasiyasının artması bir tərəfdən koronavirusun hüceyrəyə daxil olma riskini artıra bilər.

Digər tərəfdən, ferment işləmədikdə, AngII peptidinin miqdarı artır, bu da iltihab reaksiyasının artmasına kömək edir.

Buna görə də, ACE2 çatışmazlığı və AngII-nin artıq olması COVID-19-un gedişinə mənfi təsir göstərir.

Bu barədə Lomonosov adına Moskva Dövlər Universitetinin əməkdşaı Roman Zinovkin danışıb.

Resveratrol immunitet sisteminin hüceyrələrini də sıxışdıra bilər. ARDS-nin immunitet sisteminin həddindən artıq aktivliyindən qaynaqlandığını nəzərə alsaq, resveratrolun bu komplikasiyanın inkişafında müsbət təsir göstərməsi mümkündür. Şərabla yanaşı, resveratrol fıstıq, püstə, kakao və moruğun da tərkibində var.

0