Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hövsan sakini keçmiş arvadını qətlə yetirib

CC0 / niekverlaan / knifeBıçaqla zərbə, arxiv şəkli
Bıçaqla zərbə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır

BAKI, 24 oktyabr — Sputnik. Oktyabrın 23-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı mənzildə qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0