Binanın damında dayanmış qız, arxiv şəkli

Bakının "kabuslu" yaşayış binasında daha bir intihar şoku

441
(Yenilənib 12:37 24.10.2018)
On yeddi yaşlı qız binanın 8-ci mərtəbəsindən özünü atıb

BAKI, 24 oktyabr — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada daha bir intihar hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a ərazi sakinləri məlumat veriblər. Bildirilib ki, dünən saat 17.10 radələrində Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 8-ci mərtəbəsindən gənc qız özünü ataraq intihar edib.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, intihar edən şəxs 2001–ci il təvəllüdlü İsgəndərova Aytac Anar qızıdır. Hadisə binanın 8-ci mərtəbəsində baş verib.

Əldə etdiyimiz məlumata görə, A.İsgəndərəovanın psixoloji problemləri olub. İntihar faktı da hələlik bununla əlaqələndirilir.

Aytac İsgəndərovanın Yasamal rayon sakini olduğu bildirlir. Hazırda faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, cari il iyul ayının 17-də də "Şərur" MTK-ya məxsus binada bənzər intihar hadisəsi baş vermişdi. Həmin vaxt 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Ə.Əhmədov küçəsindəki 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi.

441
Teqlər:
İsgəndərova Aytac Anar qızı, intihar, Ə.Əhmədov küçəsi, Yasamal rayonu, Bakı şəhəri
Əlaqədar
Tanınmış qəzetin sabiq rəhbəri intihar etdi - SƏBƏB
Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib
Bərdədə gənc qız intihar edib
İki intiharın qarşısı alındı, biri Xırdalanda, o biri Tovuzda
Bərdədə ahıl kişi intihar edib - SƏBƏB