Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış əcnəbi idmançı Bakıda adam vurub

© Sputnik / Irade CELILXəstəxana otağı
Xəstəxana otağı - Sputnik Azərbaycan
Abunə olmaq
Onun həyatı üçün təhlükə yoxdur, amma ayaqlarından zədə alıb

BAKI, 19 oktyabr — Sputnik. "Qarabağ" futbol klubunun qapıçısı, İslandiyanın futbol yığmasının əsas heyət üzvü, 1984-cü il təvəllüdlü Hanner Haldorson idarə etdiyi 10 UC 909 dövlət nömrə nişanlı "Wolksfagen Tuareg" markalı avtomobillə piyadanı vurub.

© AFP 2023 / Haraldur GudjonssonHanner Haldorson
Hanner Haldorson - Sputnik Azərbaycan
Hanner Haldorson
 

Bu barədə Sputnik Azərbaycan-a "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimli məlumat verib. Onun sözlərinə görə, hadisə Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində baş verib.

Haldorson, 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Daha sonra futbolçu xəstəni özü xəstəxanaya çatdırıb. Həkimlər ona ilkin tibbi yardım göstəriblər. Piyada 3 saylı şəhər klinik xəstəxanasında müalicə alır. Onun həyatı üçün təhlükə yoxdur. Amma ayaqlarından zədə alıb və əməliyyat olunacaq.

Qeyd edək ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçirib və izahatlar alıblar. Faktla bağlı zəruri ekspertizalar təyin edilib.

Xəbər lenti
0