Иранский сухогруз, фото из архива

Bakıya yaxınlaşan gəmidə böyük fəlakət yaşanıb, hadisənin təfərrüatı ortaya çıxdı

712
(Yenilənib 14:18 19.10.2018)
Həkim briqadaları gedənə kimi 3 nəfər dünyasını dəyişib, 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

BAKI, 19 oktyabr — Sputnik. Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində kütləvi zəhərlənmə baş verib. Gəminin 12 heyət üzvü zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Təcili tibbi yardıma çağırış daxil olandan dərhal sonra həkim briqadası hadisə baş verən yerə gedib: "Həkim briqadaları gedənə kimi 3 nəfər artıq dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib".

"Ölənlərin birinin 28, digərinin 29, üçüncünün isə 32 yaşı var. Hər üçü İran İslam Respublikasının vətəndaşıdır. Digər 7 nəfərin vəziyyəti isə orta-ağırdır. Gəminin kapitanı xəstəxanaya köçürülməkdən imtina edib, çünki onun gəmini tərk etmək ixtiyarı yoxdur. Kapitana gəminin daxilində tibbi yardım göstərilir. Onun vəziyyəti normaldır və ölüm təhlükəsi yoxdur" — deyə Səhiyyə Nazirliyinin sözçüsü bildirib.

Abubəkirov qeyd edib ki, zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır: "İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir. Zərərçəkmişlərin dediyindən belə qənaətə gəlmək olur ki, gəmidə İrandan Azərbaycana gətirilən taxıl xarab olmasın deyə ona kimyəvi maddə vurublar. Güman ki, onların zəhərlənməsinə bu maddə səbəb olub".

"Amma yenə də hər şey ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq. Xəstələr isə tam müalicə olunandan sonra ölkələrinə geri dönəcəklər" — deyə Pərviz Abubəkirov əlavə edib.

Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə qeydə alınıb. Sərhəd gözətçi gəmisi 00:30 radələrində "Nazmehr" yük gəmisinə yaxınlaşaraq ağır vəziyyətdə olan 7 nəfərlik heyət üzvünü qəbul edib. Onlara ilkin tibbi yardım göstərilib və gəmi Abşeron limanı istiqamətində sahilə yan alıb. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb edilib.

712
Teqlər:
gəmi, Xəzər, zəhərlənmə, Səhiyyə Nazirliyi, Pərviz Abubəkirov, İran
Əlaqədar
Avqustda okeanda tapılan sirli gəmi batdı
Türkiyədə 160 nəfərin olduğu gəmi batdı
Çində gəmi qəzaya uğradı, itkin düşənlər var
At, arxiv şəkli

Gədəbəydə naməlum şəxslər atı ağacdan asıblar

10
(Yenilənib 22:48 26.02.2021)
Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

BAKI, 26 fevral — Sputnik. Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə "Report"a DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” - deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

10
Məhkəmə hakiminin çəkici, arxiv şəkli

"İçəridəkiləri" çıxarmağa söz verən kişini tutdular

15
(Yenilənib 20:25 25.02.2021)
Bu "vəzifəli" kişi müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul alıb, əvəzində həbsdə olanların cəzalarının azalacağını və pensiya düzəltməyi söz verib

BAKI, 25 fevral — Sputnik. Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşların hüquqlarını pozan şəxsin qanunsuz əməlləri ifşa edilib. Bu barədə Baş Prokrorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev Zaur Xudabaxış oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zaur Babayevin özünü dövlət orqanının vəzifəli şəxsi kimi təqdim edərək ayrı-ayrı vaxtlarda cəzaçəkmə müəssisəsində saxlanılan təqsirləndirilən şəxsin cəzasının azaldılmasına, mənzilin özəlləşdirilməsinə və pensiya təyin edilməsinə köməklik göstərilməsinə dair yalan vədlər verərək guya səlahiyyətli vəzifəli şəxslərə verilməsi adı altında müxtəlif şəxslərdən ümumilikdə 40 min manat pul vəsaitini alaraq dələduzluq etməsinə və vətəndaşları vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb.

25 fevral 2021-ci il tarixdə Zaur Babayevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

15
Kitabxanada qız, arxiv şəkli

"Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib

0
(Yenilənib 23:09 26.02.2021)
Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib

BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.

Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.

0