Bıçaqla zərbə

Keçmiş məhkumu ağır yaraladılar: Hadisənin harada kimin törətdiyi naməlumdur

48
(Yenilənib 20:21 18.10.2018)
Bu sutka ərzində Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb.

BAKI, 18 oktyabr — Sputnik. Ötən sutka ərzində Bakıda iki bıçaqlanma hadisəsi qeydə alınıb. Nəsimi rayon Polis İdarəsi oktyabrın 17-də günorta saatlarında törədilmiş bıçaqlama hadisəsini araşdırır.

Nəsimi RPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hələlik yalnız o məlumdur ki, 1990-cı il təvəllüdlü paytaxt sakini Məmmədov Məmməd Fərhad oğlu qarın nahiyəsindən aldığı bıçaq yarası ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Qandallanmış adam, arxiv şəkli
© Sputnik / Vitaliy Belousov
Araşdırma zamanı Məmmədovun əvvəllər oğurluq üstündə məhkum olduğu üzə çıxıb. Hazırda onun kim tərəfindən və harada bıçaqlandığı məlum deyil. Nəsimi RPİ-nin 19-cu polis bölməsinin əməkdaşları bunu araşdırmaqla məşğuldurlar. Şübhəlinin şəxsiyyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu sutka ərzində daha bir bıçaqlanma hadisəsi də Qaradağ rayonunda qeydə alınıb. Qaradağ RPİ-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Dadaşov Elnur Eldar oğlu Lökbatan qəsəbəsində sinəsindən bıçaq zərbəsi alıb. O, Kliniki Tibbi Mərkəzə aparılıb. Görülən tədbirlər nəticəsində oktyabrın 17-də Qaradağ RPİ-nin əməkdaşları Lökbatan sakinini bıçaqlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Məlum olub ki, o, yerli sakin, 2001-ci il təvəllüdlü Şahbalayev İkram Hikmət oğludur.

İlkin məlumatlara görə, bıçaqlanmadan bir qədər əvvəl həmin gənclər qəsəbədəki kafedə oturaraq birlikdə spirtli içki qəbul ediblər. Sonra sərxoş vəziyyətə düşmüş gənclər kafeni tərk ediblər. Küçədə onların arasında mübahisə yaranıb. Mübahisə söyüş və münaqişə ilə əvəzlənib, bıçaqlanma ilə nəticələnib. Qəsdən sağlamlığa ağır ziyan vurmaqla bağlı cinayət işi açılıb. İşlə bağlı araşdırma davam edir.

48
Teqlər:
Qaradağ rayon Polis İdarəsi, Nəsimi rayon Polis İdarəsi, bıçaqlanma hadisəsi, Bakı
Əlaqədar
Mingəçevirdə məcburi köçkün gənc bıçaqlandı
Adam “nəfəs almaq” üçün başını bıçaqla deşdi – VİDEO
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü
Bakı metrosunda həyəcanlı anlar: Ər arvadını hamının gözü qarşısında bıçaqladı
Bakıda kişi arvadını bıçaqladı, qayınanasını öldürdü