Zığ şosesində uçqun, 18 oktyabr 2018-ci il

Zığ şossesində uçqun oldu, piyada yolunda təhlükə yarandı VİDEO

494
(Yenilənib 18:15 18.10.2018)
Divarın digər hissəsində qabarmalar müşahidə olunur

BAKI, 18 oktyabr — Sputnik. Bu gün Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən xəbər verilib.

Məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

Xatırladaq ki, artıq bir neçə gündür Badamdar ərazisində də aktiv sürüşmə-uçqun baş verir.

494
Teqlər:
Zığ şosesi, Badamdar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)Milli Geoloji Kəşfiyyat Xidməti, uçqun, sürüşmə