Baş nazirin müavini Hacıbala Abutalıbov

Abutalıbov: “Hamısı söküləcək, heç kimə güzəşt olunmayacaq”

372
(Yenilənib 17:07 15.10.2018)
Söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir

BAKI, 15 oktyabr — Sputnik. “Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdir.

Baş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.

H.Abutalıbov modern.az-a açıqlamasında isə qeyd edib ki, hazırda ərazidə yaponiyalı mütəxəssislər çalışır: "Mən özüm də ərazidəyəm. Yapon mütəxəssisləri müayinələr aparır. Monitorinqin nəticələrindən asılı olaraq, müvafiq tədbirlər görüləcək. Rəy verilsə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək. Onsuz da hamısı qanunsuz olaraq tikilib”.

Baş nazirin müavininə ötən gün "O evlərin heç birində yaşayış olmamalıdır, ərazidəki torpaq sahələri qanunsuz olaraq satılıb” fikirlərinin ictimaiyyətdə geniş müzakirəyə səbəb olduğunu və ərazilərin məhz onun Bakının meri olduğu dövrdə satıldığını xatırlatdıqda belə deyib: "Bütün tikililər yoxlanılacaq. Qanunsuz olan nə varsa aşkara çıxarılacaq və müvafiq tədbirlər görüləcək. Heç kimə güzəşt olunmayacaq”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində — Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Hazırda həmin villalar gözətçilər tərəfindən qorunur.

372
Teqlər:
söküntü, qanunsuz tikili, villa, sürüşmə, Baş nazirin müavini Hacıbala Abutalıbov, Badamdar qəsəbəsi
Əlaqədar
Sürüşmə zonasından son xəbər gəldi
Badamdarda sürüşmə anı çəkildi - VİDEO
SOS: Badamdarda sürüşmə aktivləşib, torpaq qatı asfaltın üstünə qədər gəlib
Sakinlərin diqqətinə: Sabah sürüşmə ərazisi ilə bağlı tədbir görüləcək
Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Əli qandallanmış kişi, arxiv şəkli

Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib

14
(Yenilənib 23:54 11.05.2021)
Vüqar Bədəlov evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

BAKI, 11 may - Sputnik. Mayın 9-da saat 07:00 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06:00 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.

14
Rusiya hüquq-mühafiizə orqanlarının əməkdaşları Kazanda atışma baş verənm məktəbdə

Kazan məktəbində dəhşət: Yeniyetmələr on üç nəfəri qətlə yetiriblər- Yenilənib

253
(Yenilənib 12:36 11.05.2021)
Tatarıstan prokurorluğundan bildirilib ki, republika prokuroru İldus Nafikov hadisə yerinə gedib. Respublika prezidenti də hadisə yerindədir.

BAKI, 11 may — Sputnik. Rusiyanın Kazan şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 13-ə çatıb.

Sputnik Azərbaycan REN TV-nin teleqram kanalına istinadən xəbər verir ki, 16 nəfər xəstəxanaya yerləşdirilib. Onların 12-si uşaq, 4-ü isə böyüklərdir. Ölənlərdən çoxunun şagird olduğu bildirilir.

Bir qədər öncə naməlum şəxslərin təhsil müəssisəsinin yaxınlığında atəş açdığı bildirilib. Bundan sonra partlayış səsləri eşidilib. İlkin məlumata görə, atəş açanlar iki yeniyetmə olublar. Onlardan biri artıq saxlanılıb, digəri isə öldürülüb.

-------

12:00

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində orta məktəbdə baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb. RİA Novosti xəbər verir ki, hadisə nəticəsində 1 müəllim və 8 şagird ölüb.

-------

11:27

Kazan şəhərindəki məktəblərdən birində atəş açılıb. Bu barədə RİA Novosti Tatarıstan hüquq-mühafizə orqanlarına istinadla məlumat verir.

"Fayzi küçəsi rayonunda məktəbdə atəş açılıb, altı şagird və bir müəllim həlak olub, aydınlaşdırırıq", - agentliyin həmsöhbəti deyib.

Bir müddət sonra məktəbdə partlayış da baş verib.

Tatarıstan prokurorluğundan bildirilib ki, republika prokuroru İldus Nafikov hadisə yerinə gedib. Respublika prezidenti də hadisə yerindədir.

İlkin məlumatlara görə, atəşi yeniyetmə açıb və o, artıq polis tərəfindən saxlanılıb. Uşaqlar məktəbdən evakuasiya edilir. 

Söhbət Fayzi küçəsində yerləşən 175 saylı orta məktəbdən gedir. Məktəbdən hələlik hadisə ilə bağlı hər hansı şərh verməkdən imtina edirlər.

 

253

Bayram günü hava necə olacaq?

0
Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

BAKI, 12 may - Sputnik. Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

ETSN-ninMilli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14 isti, gündüz 20-25 isti, Bakıda gecə 12-14 isti, gündüz 23-25 dərəcə isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 isti, gündüz 23-28 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0