Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Badamdarda ara-sıra uçqunlar olur

© REPORTBayıl yamacında sürüşmə zonası, arxiv şəkli
Bayıl yamacında sürüşmə zonası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, bundan əvvəl artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alındığı barədə məlumat yayılmışdı

BAKI, 14 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində olan son vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitoriqin nəticələrinə əsasən gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Ara-sıra uçqunlar müşahidə edilir.

Qeyd edək ki, bundan əvvəl artıq fərdi tikililərin hasarlarında çatlar və oturmalar qeydə alındığı barədə məlumat yayılmışdı.

"Sürüşmə zonasında müşahidələr davam etdirilib. Saat 15:00-a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib. Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda sürüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb", — deyə məlumatda bildirilir.

Xəbər lenti
0