Qəzaya düşmüş avtomobil, arxiv şəkli

Gəncədə 6 maşın bir-birinə girdi, xeyli yaralı var

676
(Yenilənib 23:39 14.10.2018)
Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib

BAKI, 14 oktyabr — Sputnik. Gəncədə 6 avtomobilin iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin girişində qeydə alınıb.

Bakı-Gəncə marşrut xətti üzrə sərnişin daşıyan avtobus da daxil olmaqla, üç "Mercedes", bir "Nissan" və "QAZ-53" markalı avtomobillər toqquşub. Qəza zamanı 10-a yaxın şəxs xəsarət alıb. 

Yaralılardan bir necəsi xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Quba yolunda da zəncirvari qəza baş verib.

676
Teqlər:
yaralı, Gəncə, zəncirvari qəza, xəstəxana, avtomobil