Bayıl yamacında sürüşmə zonası, arxiv şəkli

Badamdar yamacı: Sürüşən 300 metr ərazidə 11 ev var

95
(Yenilənib 18:30 13.10.2018)
Qaralov qeyd edib ki, nazirliyin əməkdaşları tərəfindən müşahidələr aparılır

BAKI, 13 oktyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən Badamdar sürüşmə sahəsində 1 oktyabr 2018-ci il tarixində növbəti monitorinq aparılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Bayıl yamacı” aşağıya doğru sürüşməyə davam edir
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

O, bildirib ki, monitorinq zamanı sürüşmə kütləsinin üzərində yeni çatların, qırılmaların, gölməçələrin və inşa edilmiş istinad divarında deformasiyaların əmələ gəldiyi müşahidə edilib. Sürüşmə sahəsinin aktivləşməsi barədə Nazirlər Kabinetinə və aidiyyəti icra strukturlarına məlumat verilib və Nazirliyin mütəxəssisləri tərəfindən ərazidə növbətçilik təşkil olunaraq mütəmadi müşahidələr aparılıb.

"Sürüşmənin baş verdiyi ərazi 20-ci sahə ilə Badamdar istiqamətinə gedən yolun sol hissəsindədir. Hadisədə aktivlik bizim əməkdaşlar tərəfindən oktyabrın 1-də müşahidə edilib. Aktivlik müşahidə olduğu gündən etibarən bu barədə nazirlik tərəfindən müvafiq orqanlar məlumatlandırılıb. Ona görə də, bu gün insanlar üçün heç bir təhlükə yoxdur. Həmin gündən bizim nazirlikdə nazir müavini Novruz Quliyevin rəhbərliyi ilə xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq demək olar ki, hər gün müşahidələr aparırdıq" — deyə Qaralov bildirib.

O qeyd edib ki, bu gün səhər 8 radələrində prosesdə artıq aktivlik gərgin vəziyyətə çatıb. Sürüşmə təxminən eni 300 metrdən artıq olan bir ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalt istiqamətində irəliləyib: "Asfaltın bir hissəsi də torpaq qatının altında qalıb. Yamacın üzərində 11 yaşayış evi var. Asfaltın alt hissəsində iki iaşə obyekti var. Dünən axşam sakinlərə müvafiq oranlar tərəfindən xəbərdarlıqlar edilib. Bütün kommunal sistemlərdən istifadə dayandırılıb. Biz sürüşmə olan ərazinin xəritəsini dünən hazırlamışıq. Sürüşmə kütləsinin təsir dairəsinin nə qədər ərazini əhatə etməsi barədə xəritə hazırladıq. Həmin xəritələr müxtəlif orqanlara paylanılıb və xəbərdar olunub. Hələ gərginlik davam edir".

Qaralov qeyd edib ki, nazirliyin əməkdaşları tərəfindən müşahidələr aparılır.

95
Teqlər:
təhlükə, açıqlama, sürüşmə, yamac, Badamdar, Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN)Milli Geoloji Kəşfiyyat Xidməti
Əlaqədar
Badamdarda sürüşmə anı çəkildi - VİDEO
SOS: Badamdarda sürüşmə aktivləşib, torpaq qatı asfaltın üstünə qədər gəlib
Sakinlərin diqqətinə: Sabah sürüşmə ərazisi ilə bağlı tədbir görüləcək
Yağış Badamdar yamacına ciddi ziyan vurub
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

16
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

16
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

20
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

20
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

72
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

72
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu