Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı sakinləri yenə təhlükə ilə üzləşiblər

© Sputnik / Irade JELILBayıl yamacında sürüşmə
Bayıl yamacında sürüşmə - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ərazıdə araşdırmalar aparılır

BAKI, 12 oktyabr — Sputnik. Bu gün gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olublar. 

Lənkəran-Lerik yolunun sürüşmə təhlükəsi olan hissəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı

Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə hazırda araşdırmalar aparılır.

Vətəndaşların və Badamdar yolundan keçən avtonəqliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində hərəkət məhdudlaşdırılıb.

Əraziyə yaxın obyektlərin fəaliyyəti dayandırılıb. Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara müvəqqəti olaraq evlərini tərk etmələri barədə xəbərdarlıq edilib.

Hazırda ərazidə araşdırmalar aparılır.

Xəbər lenti
0