Cəbhəboyu kənddə xəbərdaredici lövhə, arxiv şəkli

Ermənilər bu azərbaycanlı ailəsinə qənim kəsiliblər

218
(Yenilənib 23:01 11.10.2018)
Tərtərdə minaya düşmüş məcburi köçkün barədə üzücü xəbər gəldi

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşan məcburi köçkün, 1996-cı il təvəllüdlü Kəlbəçər rayon Təkəqaya kənd sakini Həsənov Azad Kamandar oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. O, kəskin duman şəraitində ərazini dəyişik salaraq qırmızı xətti keçib və minaya düşüb. Aşağı və yuxarı ətraflarından çoxlu sayda qəlpə yaraları alıb.

Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Tərtər rayonu üzrə nümayəndəsi Möhlət Nəzərov isə yaralının vəziyyətinin kafi olmasını deməklə yanaşı, onun sol ayağının dizdən aşağı amputasiya olunduğunu bildirib.

Onu da qeyd edək ki, yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Əlavə olaraq onu da bildirək ki, Həsənovlar ailəsinin digər bir üzvü 16 yaşlı Turanə isə aprel döyüşləri vaxtı düşmənin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində həlak olub.

218