Tahir Məmmədovun avtomobildə unutduğu 10 min dollarını ona qaytarıb

Türkiyədə azərbaycanlı adamına "şok" yaşadıblar

404
(Yenilənib 15:08 11.10.2018)
"İnsanın ağlına hər şey gəlir, amma mən pulu qəpiyinə qədər ona qaytardım"

BAKI, 11 oktyabr — Sputnik. Türkiyədə taksi sürücüsü azərbaycanlı iş adamı Tahir Məmmədovun avtomobildə unutduğu 10 min dollarını ona qaytarıb. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Belə ki, T.Məmmədov İstanbulda Yenibosna deyilən ərazidə "Uber"-dən taksi sifariş edib. Amma avtobildən düşərkən pencəyini və 10 min dollar pulunu avtomobildə unudub.

Sürücü həmin tətbiq vasitəsilə iş adamı ilə əlaqə yaradaraq görüşüb, pencəyini və pulunu ona verib. "İnsanın ağlına hər şey gəlir, amma mən pulu qəpiyinə qədər ona qaytardım" — deyə sürücü bildirib.

İş adamı isə öz növbəsində sürücüyə minnətdarlıq edib və belə insanların hələ də var olduğu üçün sevindiyini qeyd edib.

404
Teqlər:
iş adamı, taksi, Türkiyə, sürücü, avtomobil
Əlaqədar
Həbibin cəzası bəlli oldu: Pul almayacaq və döyüşlərə buraxılmayacaq
Xalqın sənətkara pul, ev, maşın borcu yoxdur
Pul günahkardır: Bakıda dənizdə batmış adamın kimliyi məlum olub
Nağd pul əməliyyatları azaldılır, qərar verildi