Sürüşmə baş verən kənd

Kənd sakinləri hər gecə vahiməli səsə oyanır gördüklərindən qorxuya düşürlər

10989
(Yenilənib 14:55 11.10.2018)
"Artıq evimizin hər yeri zədələnib, tövlə ümumiyyətlə uçub, yoxdur, yardımçı tikilinin bütün divarları çatlayıb"

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Şamaxı rayonunun Mədrəsə kəndində bir həftədir ki, torpaq sürüşməsi səngimək bilimir. Kəndin sürüşməyə meylli ərazilərində son günlər aktivlik qeydə alınıb. Sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sayı artaraq 13-ə çatıb. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, son günlər yağan güclü leysan yağışları səbəbindən Mədrəsədə torpaq sürüşməsi aktivləşib. Bir həftə öncə başlayan sürüşmə gün keçdikcə daha da artaraq evlərə ciddi ziyan vurmağa başlayıb. Hazırda bir neçə evin divar və tavanında, eləcə də yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanların yaranmasına səbəb olub.

Kənd sakini Cəlal Çıxaidze deyir ki, əvvəl xırda-xırda çatları vardı, son iki-üç gündə yağan yağışlardan sonra isə çatlarda genişlənmə gedir: "Təhlükəli vəziyyət yaranıb. Bu evdə yaşamaq risklidir. Tavan düşür, divar gedir o tərəfə. Gündən-günə ev daha da qəzalı vəziyyətə düşür. Bəzi yerlərdə çatların eni 10-15 santimetrə çatır".

Digər sakin Vahid Qasımov da yaranmış durumdan narahatlığını dilə gətirir: "Qabaqlar da sürüşmə var idi, amma bu dərəcədə deyildi. Artıq gecə yatdığımız yerdə vahiməli səsə yuxudan oyanırıq. Durub görürük ki, divar aralanıb, evdə yarıqlar əmələ gəlib. Çox qorxulu vəziyyətdir".

"Artıq evimizin hər yeri zədələnib, tövlə ümumiyyətlə uçub, yoxdur, yardımçı tikilinin bütün divarları çatlayıb. Həyətdə torpaq ayağımızım altında oynayır, sürüşür. Xüsusilə, son yağışdan sonra vəziyyət daha da ciddiləşib" — deyir V.Qasımov.

Torpaq sürüşməsi nəticəsində sakinlərə məxsus meyvə ağacları, əkin və örüş sahələri də yararsız hala düşüb.

Məsələ ilə bağlı kənd icra nümayəndəliyindən Sputnik Azərbaycan-a bildirildi ki, torpaq sürüşməsi səbəbindən bu günə qədər Mədrəsədə 10 evin qəzalı vəziyyətə düşməsi faktı qeydə alınıb: "Son günlər yağan yağışlar səbəbindən bu say 13 ə çatıb. Eyni zamanda, kənddə yenidən 7 hektar əkin sahəsi də sürüşərək yararsız hala düşüb. Qəzalı evlərlə bağlı müvafiq qurumlara məlumat verilib".

Xatırladaq ki, torpaq sürüşməsi səbəbindən Şamaxı rayonunda 400-dən çox ev qəzalı vəziyyətdədir. Əsasən, sürüşmələr rayonun Cabanlı, Dədəgünəş, Keçmədin, Mədrəsə, Muğanlı, Sağyan və Meysəri kəndlərində baş verir.

10989
Teqlər:
yarıq, Mədrəsə kəndi, Şamaxı rayonu, divar, həyət, çat, torpaq sürüşməsi, sakin, ev
Əlaqədar
Bölgəmizdə torpaq sürüşməsi səbəbindən yüzlərlə ev qəzalı vəziyyətə düşüb - FOTO
Azərbaycanda rayon mərkəzində torpaq sürüşdü, küçəboyu evlər uçur
Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

9
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

9
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

8
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

8
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza
BDU

BDU-dan qovulan tələbə universitetə bərpa olundu

0
(Yenilənib 12:54 01.12.2020)
"Universitetdən qovmaqla biz onu tamamilə itirəcəkdik, lakin, yeni qərarla biz bir gəncimizi, bir vətəndaşımızı qazanmış olduq"

BAKI, 1 dekabr — Sputnik. Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün Bakı Dövlət Universitetindən qovulan I kurs tələbəsi Pərviz Məhəmmədov universitetə bərpa olunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov məlumat verib: "Universitet rəhbərliyinin addımını təqdir edirəm. Əminəm ki, həmin gənc günahını artıq anlayıb. Universitetdən qovmaqla biz onu tamamilə itirəcəkdik, lakin, yeni qərarla biz bir gəncimizi, bir vətəndaşımızı qazanmış olduq. Doğru və humanist qərarına görə BDU-nun rəhbərliyinə təşəkkürümü bildirirəm".

0
Teqlər:
bərpa, tələbə, BDU