İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 10 oktyabr — Sputnik. Bu gün Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları "20 Yanvar" metrostansiyası yaxınlığında, fərqlənmə nişanı olmayan və qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçiriblər.
Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, reyd zamanı ərazidəki onlarla taksi sürücüsünün sənədləri yoxlanılıb. Məlum olub ki, ərazidə fəaliyyət göstərən taksilərin 70 faizinin fərqlənmə nişanı yoxdur və həmin taksi sürücülərinə xəbərdarlıq edilib.
BŞBPİ DYPİ-nin zabiti, polis baş leytenantı Elçin Səfərzadənin sözlərinə görə, son zamanlar DYP-yə çoxsaylı müraciətlər daxil olur: "Xüsusən, "20 Yanvar" metrostansiyası və müxtəlif metrostansiyaların ətrafında yaşayan sakinlər, habelə ərazidən keçən sürücülər bu problemdən narahatdırlar".
"Səhər saat 5.00 — 6.00 radələrindən insanları yığmaq üçün yüksək səslə çağırır, nəlayiq ifadələr işlədir və qeyri-etik hərəkətlər edirlər. Tərəfimizdən aparılan reyd zamanı məlum oldu ki, burada fəaliyyət göstərən taksi sürücülərinin 70 faizi fərqlənmə nişanı olmadan fəaliyyət göstərir" — deyə E.Cəfərzadə bildirib.
Reyd zamanı müəyyən edilib ki, bir çox nəqliyyat vasitələri texniki cəhətdən nasaz və səliqəsiz idarə olunur. Bundan başqa, xarici ölkələrdən gətirilən və burada dövlət qeydiyyatından keçməyən xarici dövlət qeydiyyat nişanı ilə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürcülər də aşkar edilib.
"Taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən xahiş edilir ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə riayət etsinlər və sərnişinlərə mədəni xidmət göstərsinlər" — E.Səfərzadə vurğulayıb.
Nəqliyyat eksperti Elməddin Muradlının Sputnik Azərbaycan-a bildirdiyinə görə, qanunsuz fəaliyyət göstərən sürücülərə qarşı keçirilən reyd zaman onlarla taksi sürücüsünün fərqlənmə nişanı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib: "Onlar avtomobillərini yaxınlıqda gizlədib, özləri yolun kənarına çıxaraq sərnişin yığırlar. Qadın, qız, yaşlı bilmədən hamıya yaxınlaşır, qışqırır, qeyri-etik hərəkətlər edirlər. Yaxınlıqda yaşayan binaların sakinləri şikayət edirlər ki, taksi sürücülərinin səsindən yatmaq olmur".
Ekspert qeyd edib ki, bəzi sürücülər Gürcüstandan 2-3 min manata avtomobil alıb, qeydiyyata düşmədən fəaliyyət göstərirlər: "Qanunun tələbidir ki, taksi fəakiyyəti göstərən hər bir şəxs hər ay fərqlənmə nişanı almalıdır. Habelə, yol hərəkəti qaydalarına, öz davranışlarına diqqət etməlidirlər. Qanunsuz hallar sərnişinlərin həyatını təhlükəyə atır".
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar - Sputnik. Prezident İlham Əliyevin "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar paylaşım edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir: "Milli iradəmizin zəfər çaldığı gün - 20 Yanvar".