Железнодорожный светофор

Yerevan Bakı dəmir yolunun relsləri oğurlanıb

172
(Yenilənib 14:29 09.10.2018)
Dəyişmiş ziyanın dəyərləndirilməsi üzrə işlərə başlanılıb

BAKI, 9 oktyabr — Sputnik. Ermənistanda keçmiş Yerevan – Bakı dəmir yolunun Mehri — Qafan ərazisindən keçən hissəsində relslərin demontajı faktı üzrə cinayət işi başlanıb. Bu barədə Sputnik Ermənistan ölkənin İstintaq Komitəsinə istinadən xəbər verir.

İlkin məlumatlara görə, 2008-ci ildə Ermənistan Nəqliyyat Nazirliyi və "Cənubi Qafqaz Dəmir Yolları" QSC arasında bağlanan konsensus razılaşmaya əsasən, 126,6 milyon dram dəyərində olan Mehri – Qafan dəmiryolunun 40 kilometri şirkətin balansına keçib. Lakin 2010-2011-ci illərdə relslər oğurlanıb.

İstintaq Komitəsindən verilən məlumata görə, dəyişmiş ziyanın dəyərləndirilməsinə və "Cənubi Qafqaz Dəmir Yolları" QSC-də yoxlamalara başlanılıb.

172
Teqlər:
"Cənubi Qafqaz Dəmir Yolları" QSC, rels, dəmir yolu, Yerevan, Ermənistan, Bakı
Əlaqədar
Erməni vitse-spiker xalqa "od püskürdü": "Bundan sonra başınıza gələcəklərdən həzz alın"
Parlamentdə "Qarabağa azadlıq" mitinqinə sərt etiraz: "Erməni dəyirmanına su tökürlər"
Ermənistan müdafiə xərclərini kəskin artırır
Rusiyada yüksək vəzifəli erməni həlak oldu