Səhiyyə Nazirliyi

Qəbələ partlayışından yeni xəbər var

266
(Yenilənib 12:39 09.10.2018)
Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır

BAKI, 9 oktyabr — Sputnik. Dünən Qəbələ rayonunda ərəb turistlərin kirayə qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlardan ikisi Respublika Yanıq Mərkəzinə gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əl Həmidi Əhməd Adnan oğlu (1993) və Əl Həmidi Nura Adnan qızı (1989) Yanıq Mərkəzinə gətirilib. Onların hər ikisinin vəziyyəti ağırdır və hər ikisi 3-cü dərəcəli yanıq xəsarəti alıb.

Xatırladaq ki, dünən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisə zamanı ölən və xəsarət alan turistlərin kimliyi də bəlli olub. Evdə olan 1996-cı il təvəllüdlü qız Arbua Əl-Həmidi yanğın zamanı dünyasını dəyişib.

Küveyt vətəndaşları — 1993-cü il təvəllüdlü Əhmad Adnan Əl-Həmidi, 2001-ci il təvəllüdlü Nura Adnan Əl-Həmidi, 1989-ci il təvəllüdlü Sara Adnan Əl-Həmidi, 2017-ci il təvəllüdlü Adam Mudar Əl-Dehni, 1960-ci il təvəllüdlü Raba Muhammed Əl-Rovaşda, 1958-ci il təvəllüdlü Adnan Əl-Həmidi müxtəlif dərəcəli bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

266
Teqlər:
Qəbələ rayonu, kirayə, ərəb, partlayış, yanıq, turist, ev
Əlaqədar
Qəbələdə baş verən qorxunc hadisənin yeni detalları üzə çıxdı
Qəbələdə faciə: Qadının etirazı pis sonuclandı
Kəndir, arxiv şəkli

Ayrılıq ölümə səbəb oldu

13
(Yenilənib 16:45 14.08.2020)
Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izləri aşkarlanmayıb

BAKI, 14 avqust — Sputnik. Son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib: "Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmayıb, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanıb".

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

13
Uşaq bağçası, arxiv şəkli

Bakıda qadın on nəfəri cəriməyə saldı

8
(Yenilənib 16:12 14.08.2020)
Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.

BAKI, 14 avqust — Sputnik. Səbail rayonu, Lermontov küçəsi 119 ünvanında yaşayış üçün nəzərdə tutulan mənzildə karantin qaydalarına zidd olaraq qanunsuz fəaliyyət göstərən uşaq bağçası aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, məlumat daxil olan kimi Səbail Rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana yollanıblar. Baxış zamanı qeyd edilən ünvanda yaşayan Cahan Kərimovanın karantin qaydalarını kobud sürətdə pozaraq bağça təşkil etdiyi məlum olub. Mənzilə baxış zamanı 10 uşaq müəyyən edilib və onlar valideynlərinə təhvil veriliblər. Bağçanın sahibinə polislər tərəfindən ciddi xəbərdarlıq edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, cərimələnib.

Qeyd edək ki, övladlarının sağlamlıqlaını risk altına qoyan valideynlər də məsuliyyətdən yayına bilməyiblər. Qanunsuz fəaliyyət göstərən uşaq bağçasına övladlarını göndərən şəxslər barəsində də inzibati protokollar tərtib edilib və onlar da cərimə olunublar.

8
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
COVID-19 xəstələri həbs edildilər: başqalarını da yoluxdurmaq istəyirmişlər - FOTO
Bu dəfə restoranın adı da kömək eləmədi, tapdılar, cərimələdilər
Xəstə şəxs Bakını tərk etmək istəyəndə saxlanıldı
Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları
Rusiya hökumətinin rəhbəri Mixail Mişustin, arxiv şəkli

"Mişustin yaxşıdır, ətrafı pisdir"

2
Rusiya vətəndaşları Prezident Vladimir Putinə etimad göstərsələr də, əksəriyyəti hökumətin işini mənfi qiymətləndirir

BAKI, 14 avqust — Sputnik. Rusiyalıların 55%-i Rusiya Prezidenti Vladimir Putinə etimad göstərir. Bu, "İctimai rəy" Fondunun (FOM) keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə görə, vətəndaşların 55%-i dövlət başçısına etibar edir. Rəyi soruşulanların 34%-i Putinə etimad göstərməyib, 11%-i cavab verməkdə çətinlik çəkib. Bununla yanaşı, respondentlərin 58%-i hesab edir ki, Putin öz postunda yaxşı işləyir, 27%-i bunun əksini düşünür. Sorğu iştirakçılarının 15%-i Putinin necə işlədiyi barədə suala cavab verməkdə tərəddüd edir.

Rəyi soruşulanların 37%-i hökumətin işini daha yaxşı, 46%-i daha pis qiymətləndirib, 17% isə cavab verməkdə çətinlik çəkib. RF Baş naziri Mixail Mişustinin fəaliyyətini respondentlərin 44%-i yaxşı, 19%-i pis qiymətləndirir, 37%-i isə cavab verməkdə tərəddüd edib.

"Əgər qarşıdakı bazar günü Rusiya Dövlət Dumasına seçkilər keçirilsəydi, kimə səs verərdiz?" sualına rusiyalıların 30%-i "Vahid Rusiya Partiyasına" cavabını veriblər. Rəyi soruşulanların 11%-i Kommunist Partiyasını, 11%- i RLDP-nı, 5%-i "Ədalətli Rusiya"nı seçəcəyini deyib. Respondentlərin 14% -i başqa partiyaların adını çəkib, 9%-i isə deyib ki, ümumiyyətlə seçkiyə getməzdi.

Ümumrusiya telefon sorğusu 7-9 avqust tarixlərində, yaşı 18-dən yuxarı olan 4 min respondent arasında keçirilib. Statistik nisbi xəta 1,9%-dən çox deyil.

2