Əldə bıçaq, arxiv şəkli

Qonşusunu evinə çağıraraq, ürəyindən vurdu

122
(Yenilənib 18:16 08.10.2018)
Qonşusunu öldürən şəxs Polis şöbəsinə gələrək təslim olub

BAKI, 8 oktyabr — Sputnik. Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, rayonun Privolnoye kənd sakini, 1984-cü il təvəllüdlü Gülbala Rauf oğlu Quliyev həmkəndlisi, 1984-cü il təvəllüdlü Ceyhun Dədəkişi oğlu Novruzovu yaşadığı evə çağıraraq onunla mübahisə edib. Mübahisə zamanı G.Quliyev C.Novruzovun ürəyinə iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib və Cəlilabad rayon Polis şöbəsinə gələrək təslim olub.

Şübhəli şəxs qismində saxlanılan G.Quliyev istintaqa ilk ifadəsində Ceyhun Novruzovu keçmiş həyat yoldaşı ilə münasibətinin olduğundan şübhələnərək qətlə yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə oktyabrın 7-də baş verib.

Xatırladaq ki, ötən gün Cəlilabad rayonunda daha bir qətl hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini dayısını qətlə yetirib.

122
Teqlər:
Cəlilabad, həyat yoldaşı, qonşu, qısqanclıq, qətl, Cəlilabad rayonu
Əlaqədar
Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi
Bakıda qısqanc ər arvadını qanına qəltan etdi
Bakıda qısqanclıq zəminində dəhşətli qətl baş verdi