Təcili tibbi yardım

Bakıda avtobusun törətdiyi qəza nəticəsində yaralananların sayı artıb

573
(Yenilənib 16:25 06.10.2018)
Hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib

BAKI, 6 oktyabr — Sputnik. "160 saylı xətt üzrə hərəkət edən marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 3 nəfər xəsarət alıb". 

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. Daha öncə hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilirdi.

O bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 3 təcili-tibbi yardım briqadası göndərilib: "Yaralılar xəsarətləri yüngül olduğu üçün təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya getməkdən imtina ediblər. Onlar özləri xəstəxanaya gediblər. Avtobus qəzası nəticəsində xəsarət alan hər 3 şəxsin vəziyyəti normaldır".

573
Əlaqədar
Məlum marşrutla işləyən avtobus yenə fərqləndi - FOTO
Bakıda yenə ağır qəza baş verib - VİDEO
Ağır qəza oldu, sürücülər xəsarət aldı
Dəhşətli qəza ilə bağlı tutulan var
Bərdədə ağır qəza oldu, sürücü öldü