Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsində gözlənilən hadisə baş verdi

© Sputnik / Leyla AbdullayevaQubanın Xınalıq kəndinə yağan qar
Qubanın Xınalıq kəndinə yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Son 2 gündə bölgədə hava qeyri-sabit keçir, temperatur aşağı düşüb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik Azərbaycan. Azərbaycanın şimal bölgəsinə qar yağıb.

Qar gecə saatlarında yağmağa başlayıb. Qubanın Xınalıq və Dalqaya kəndlərinə düşən qar hazırda əriməyə başlayıb.

Bu barədə məlumatı Sputnik Azərbaycan-ın bölgə müxbirinə Xınalıq kənd sakinləri veriblər.

Kənd sakini Yusif Şabanovun verdiyi məlumata görə, Xınalığa 2-3, Dalqayaya isə 1-2 sm qar yağıb və bu heç də onları təccübləndirməyib. 

Qeyd edək ki, son 2 gündə bölgədə hava qeyri-sabit keçir, temperatur aşağı düşüb. Buna görə də sakinlər hər an qar yağacağını gözlədiklərini söyləyiblər.

Xəbər lenti
0