Автомобили патрульно-постовой службы отдела полиции Ярдымлинского района

Azərbaycanda ilginc olay: Saxlanılan şəxs özünü polis maşınından tulladı

80
"Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb"

BAKI, 6 oktyabr — Sputnik. Balakən rayonunda polisin saxladığı şəxs intihara cəhd edib.

“Report”un məlumatına görə, hadisə ötən gün baş verib.

Daxil olmuş şikayət əsasında saxlanılaraq polis şöbəsinə aparılan rayon sakini Cavid Qafarov polis avtomobilindən özünü atıb. Nəticədə xəsarət alan C.Qafarov xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, Balakən rayon sakini olan bir qadın rayon Polis Şöbəsinə müraciət edərək gecə saat 03 radələrində qonşusu Cavid Qafarovun sərxoş vəziyyətdə onun evinə qanunsuz yolla daxil olaraq ona qarşı zorakılıq hərəkətləri etməyə cəhd göstərdiyini bildirib: “Qadın hay-küy saldıqda evdəkilərin oyandığını görən Cavid Qafarov hadisə yerindən qaçıb. Vətəndaşın ərizəsi dərhal Rayon Polis Şöbəsində qeydiyyata alınıb və ərazi üzrə sahə müvəkkilinə məsələnin araşdırılması ilə bağlı tapşırıq verilib. Bundan sonra polis əməkdaşı Cavid Qafarovun yaşadığı evə gedib, lakin o evdə olmadığı və mobil telefonunu söndürüldüyü üçün onu tapmaq mümkün olmayıb. Bir gün sonra onun yeri müəyyən edilib və polis əməkdaşı onu taparaq xanımın ərizəsi əsasında izahat vermək üçün polis şöbəsinə dəvət edib. Bu məqsədlə də onu polisin avtomobili ilə şöbəyə aparıb. Avtomobil yolda hərəkətdə olarkən Cavid Qafarov ani bir vəziyyətdə qəflətən avtomobilin qapısını açaraq özünü yerə atıb. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Arxadan gələn avtomobillərin sürücülərinin köməyi ilə o dərhal Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir”.

Zahidov həmçinin qeyd edib ki, baş vermis hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

80
Əlaqədar
Dünyanı idarə edən 1 nömrəli polis özü itkin düşdü
İspaniyada ara qarışdı: 30-dan çox polis yaralandı
Ramil Usubov əmr imzaladı, polis rəisini işdən çıxartdı
İnquşetiyada ərazi mübahisəsi: Maqasa polis qüvvələri yeridilib
Polis bu adamı axtarır
Tüstü, arxiv şəkli

Havanı çirkləndirən sexin sahibi cəzalanıb

2
(Yenilənib 10:58 10.08.2020)
Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib

BAKI, 10 avqust — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verilib.

2
Əlaqədar
Xəzəri çirkləndirənlər kimlərdir? Nazirliyin rəsmisi həyəcan təbili çalır
İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...
Təmizlik və yetmiş milyard dollar - həyata keçsə, yaşadıq
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
Çətənə kolları, arxiv şəkli

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

4
Ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib

BAKI, 10 avqust — Sputnik. Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyini Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

4
Əlaqədar
Videosu "tutmadı", özünü tutdular
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı
Azərbaycanda daha bir bəla – 6 ayda 273 yoluxma
Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb
Intel şirkətinin loqosu, arxiv şəkli

Bir, iki, üç... məxfi məlumatlar getdi "Intel"in laqeydliyi ona baha başa gəlib

0
(Yenilənib 11:42 10.08.2020)
Anonim haker təxminən 20 GB məxfi məlumatı internetə sızdırıb. Məlumatlar kompüter istehsalçısı "Intel"in serverlərindən götürülüb. Maraqlıdır ki, qovluqların kilidlənməsi üçün istifadə olunan şifrə çox sadə imiş - "Intel123"

BAKI, 10 avqust — Sputnik. "Intel" şirkətinin təhlükəsizlik sistemində "dəlik" var imiş və anonim haker bundan istifadə edərək şirkətin 20 giqabayt məlumatını sızdıra bilib.

Sputnik radiosu xəbər verir ki, bu barədə məlumatı isveçli İT məsləhətçisi Tilli Kottmann yayıb.

Kottmann bu faylları anonim mənbədən aldığını izah edib. O, ən yaxın gələcəkdə daha çox qapalı məlumatları dərc edəcəyini vəd edib.

Sızan məlumatlar arasında "Intel CEFDK" yükləyicilərinin mənbə kodları, eləcə də Amerika şirkətinin müxtəlif platformalar üçün yaratdığı prosessorların proqram təminatının mənbə kodları var.

Korporasiyanın proqram təminatında səhvlərinin axtarışı üçün istifadə etdiyi bir neçə daxili proqramı da sızdırılıb.

Qeyd edək ki, Kottmann sızdırılmış arxivi araşdırıb və orada şifrə ilə qorunan zip arxivlər tapıb. O, arxivlərin "Intel123" və ya "intel123" şifrələri ilə açıldığını müəyyən edib. Lakin bu şifrə bütün arxivləri açmır.

Kottmann müəyyən edib ki, "Intel"də məlumatları qorumaq üçün məhz bu cür şifrələrdən istifadə edilir.

"ZDNet" nəşrinin mütəxəssisləri sızıntını təhlil ediblər və orada həqiqətən də "Intel"in əqli mülkiyyətinə dair məlumatların, sənədlərin və mənbə kodlarının olduğunu təsdiq ediblər. Arxivdəki faylların bir hissəsi bu ilin mayına aiddir.

"Intel" artıq sızıntını araşdırır. Amma çox gec deyil?

0
Əlaqədar
Kibercinayətkarlar "Zoom"-a hücumlar edirlər
Dediyini etdi! Tramp “TikTok” və “WeChat”ı qadağan edən fərman imzalayıb
İki ölkənin gizli ticarət sənədləri oğurlandı – səsi bir il sonra çıxdı
"İnstagram" parolu və "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər
Böyük hücum! İlon Mask, Bill Qeyts və digər məşhurların "Twitter" hesabları sındırılıb