Məktəbdə boş parta, arxiv şəkli

Daha bir məktəbdə uşaq ölümü baş verdi

350
(Yenilənib 04:32 05.10.2018)
Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib

BAKI, 5 oktyabr — Sputnik. Dünən axşam saat 18:00 radələrində Xəzər rayonu 26 nömrəli tam orta məktəbdə ölüm hadisəsi baş verib. 

Sputnik Azərbaycan azvision.az-a istinadən xəbər verir ki, həmin məktəbdə 125 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi dünyasını dəyişib.

Məktəbin həkimi həmin vaxt orada olmayıb. İdman müəllimi isə ilk tibbi yardım göstərə bilməyib. Vəfat edən şagird ailənin tək övladı olub.

26 nömrəli tam orta məktəbdən bildirilib ki, məktəbin Teymur adlı idman müəllimi evə gedərkən qohumu Məmmədağa Zeynalovun halsız olduğunu görüb və onu özü ilə birlikdə məktəbə gətirib:

"Dünyasını dəyişən şəxs ürək əməliyyatı keçirib və epilepsiya xəstəliyindən əziyyət çəkib. Teymur müəllim hadisə zamanı ona ilkin tibbi yardım göstərmək istəyib. Poliklinikada çalışan yoldaşına zəng edib. Uşağa dərhal ilkin yardım göstərilib. Təəssüf ki, təcili tibbi yardım gələnədək uşaq vəfat edib".

Məlumatda qeyd edilib ki, dünyasını dəyişən şagird Xəzər rayonu 125 nömrəli məktəbdə oxuyub. O, 26 nömrəli məktəbdə dərs deyən idman müəlliminin xalası nəvəsidir.

350
Teqlər:
ürək, Təcili Tibbi Yardım, kömək, ölüm, şagird, həkim, məktəb
Əlaqədar
Azərbaycanda şagird daşıyan avtobus qəzaya uğradı: Ağır yaralılar var
Bakı məktəbində gözyaşardıcı hadisə: İkinci sinif şagirdinin ölüm səbəbi bəlli oldu
Yol keçən 3 məktəblinin maşınla vurulduğu an – VİDEO