Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada marixuana tarlası aşkarlanıb

© Sputnik / Shahperi AbbasovaMuğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub
Muğanlı kəndi ərazisində çətənə kolları aşkar olunub - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 oktyabr — Sputnik. Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Uşaq meydançası, arxiv şəkli - Sputnik Azərbaycan
Uşaq meydançasında narkotik maddə gizlədən həbs edildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin (ZRPŞ) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən "Xaş-xaş 2018" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Zaqatala rayonu Muğanlı kəndi ərazisində sərhəd zolağına baxış keçirilərkən yabanı halda bitmiş ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0