Qəza

Göygöldə ağır yol qəzası olub, 3 nəfər xəsarət alıb

64
(Yenilənib 18:04 03.10.2018)
Faktla bağlı araşdırma aparılır

BAKI, 3 oktyabr — Sputnik. Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” və “VAZ 2121” (Niva) markalı minik avtomobillərinin toqquşması nəticəsində Hacıməlik kənd sakinləri — 1948-ci il təvəllüdlü Allahverdiyeva Zülfinaz, 1979-cu il təvəllüdlü Allahverdiyeva Aygün və 1956-cı il təvəllüdlü Ağayeva Nailə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

64