Qax rayonu ərazisində yük avtomobili aşıb

Yenə ağır qəza, bu dəfə rayonda

370
(Yenilənib 11:44 03.10.2018)
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 oktyabr — Sputnik. Dam örtükləri ilə yüklənmiş yük avtomobili aşıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 87-ci kilometrliyində, Qax rayonu ərazisində baş verib.

Belə ki, Zaqatala rayon sakini, 1984-ci il təvəllüdlü Bəxtiyar Balayev idarə etdiyi "Mersedes" markalı yük maşını ilə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə şiferlə dolu yük maşını yolun kənarındakı çökəkliyə aşıb.

Qəza zamanı sürücü yüngül xəsarət alsa da, sərnişin, Zaqatala şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşadət Məmmədov aldığı xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib. Xəsarət alan şəxs hazırda travmatologiya şöbəsində müalicə olunur. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

  • Qax rayonu ərazisində yük avtomobili aşıb
    Qax rayonu ərazisində yük avtomobili aşıb
    © Sputnik / Shahperi Abbasova

1 / 4
© Sputnik / Shahperi Abbasova
Qax rayonu ərazisində yük avtomobili aşıb

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

370
Teqlər:
"Mersedes", yük avtomobili, xəsarət, qəza
Əlaqədar
Bakıda dalbadal üçüncü avtobus qəzası baş verdi
Bir gündə iki təyyarə qəzası baş verib, ölənlər var
Daha bir qorxunc qəza xəbəri gəldi
Bakını lərzəyə salan qatar qəzasının "altından" ağılasığmaz detallar çıxdı - VİDEO
Dəhşətli qəza ilə bağlı tutulan var