Binə-Qala şosesinin 34-cü kilometrliyində baş verən qəza

Bakını lərzəyə salan qatar qəzasının "altından" ağılasığmaz detallar çıxdı - VİDEO

17716
(Yenilənib 11:54 02.10.2018)
Sürücü narkomandır, yolda şlaqbaum olmayıb və neçə nəfər həyatını itirib?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 oktyabr — Sputnik. Dünən Binə-Qala şosesinin 34-cü kilometrliyində baş verən qəza zamanı sürücü də xəsarət alıb. Müayinə zamanı onun narkotik istifadəçisi olduğu müəyyən edilib. Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov məlumat verib.

O bildirib ki, avtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Şıxəliyev Əlixan Əlibaba oğlu bu hadisədən öncə də ölümlə nəticələn yol qəzası törətdiyinə görə həbs edilib. May ayında azadlığa çıxdıqdan sonra yenidən sürücü kimi fəaliyyətə başlayıb: "Dünənki hadisədən sonra o yoxlanılıb və müəyyən edilib ki, həmin şəxs narkotik istifadəçisidir. Yəni qanında narkotik vasitə aşkar edilib".

V.Əsədovun sözlərinə görə, cinayət işi Dəmiryolunda Baş Polis İdarəsində açılıb: "Hadisə zamanı sərnişinlər müxtəlif xəsarət alıblar. Bir neçə il əvvəl Lökbatan ərazisində də belə bir hadisə baş vermişdi. Yol hərəkəti haqqında Qanunun tələblərinə görə, dəmiryol ilə avtomobil yolunun kəsişməsində konkret tələblər var. Onları mütləq şəkildə yerinə yetirmək lazımdır”.

“Əgər orada şlaqbaum olubsa, yol bağlı olubsa, sürücü dayanmalı idi. Şlaqbaum yox idisə, sürücü sayrışan işıqları nəzərə almalı idi. Hər bir halda avtobus sürücüsü diqqətli olmalı idi. Belə hesab edirəm ki, istintaq zamanı bütün detallar nəzərə alınacaq və tezliklə hadisəyə hüquqi qiymət veriləcək" – Əsədov əlavə edib.

Əsədov qeyd edib ki, onda olan məlumata görə, hadisə zamanı 40 nəfər xəsarət alıb və 2 nəfər dünyasını dəyişib.

Bu arada, sosial şəbəkələrdə dünən Binə Qala yolunun 34-cü kilometrliyində baş verən qəzanın görüntüləri yayılıb. Video görüntülərdən məlum olur ki, qatar yolunda şlaqbaum endirilməyib, sürücülər yola qatarın yaxınlaşmasından xəbərsiz olublar. Görüntülərdən aydın olur ki, qatar yolu birtərəfli qaydada bağlanıb, yəni yolun bir tərəfində şlaqbaum var, avtobusun hərəkət etdiyi hissədə isə yoxdur.

Hər gün həmin yol ilə gedib-gəldiyini deyən ərazi sakini Mübariz Göyüşov Sputnik Azərbaycan-a bildirib ki, qatar gələn zaman o yolda olan nəzarətsizlik, laqeydlik insanda acı təəssüf hissi yaradırdı: "Qatar gələn zaman yolun hər iki hissəsi bağlanmalı olduğu halda ən yaxşı halda bir hissəsi bağlanır, ən pis halda isə ümumiyyətlə bağlanmırdı. Dəmiryolu xəttini keçən zaman düşünürdüm ki, bir gün burada ağır bir faciə yaşanacaq. Kimə üz tuturdun, kimə deyirdinsə, ya laqeyd yanaşırdılar, ya da sadəcə gülümsünürdülər. Nəticəsi və olacağı bu idi".

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova isə Sputnik Azərbaycan-a belə şərh verib ki, yayılan videoda görüntü tam aydın olmadığına görə, şlaqbaumun olub-olmadığı müəyyən edilmir: "Məsələ tərəfimizdən araşdırılır. Daha keyfiyyətli görüntülər əldə edib, daha ətraflı məlumat veriləcək".

DYP sözçüsü V.Əsədovun 2 nəfərin öldüyünə dair açıqlamasına gəlincə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Sputnik Azərbaycan-a açıqlamasında ikinci ölüm halının qeydə alınmadığını deyib: "Hazırda xəstəxanada 12 nəfər müalicə alır. Dünənki qəzada xəsarət alanlardan 3 saylı Şəhər Klinik Xəstəxanasında 12 nəfər müalicəsini davam etdirir. Onların 5-i reanimasiya şöbəsində yerləşdirilib ki, həmin şəxslərin də 2-sinin vəziyyəti ağırdır. Xəstəxananın travmatologiya şöbəsində 2-si uşaq olmaqla 7 nəfər müalicəsini davam etdirir”.

S.Əhmədova onu da bildirib ki, indiyə qədər xəstəxanada 3 xəstə üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib: “Qəza zamanı yaralanan şəxslərdən 6-sı Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilmişdi. Onlardan 2-si artıq ambulator yardım alaraq evə buraxılıb. Hazırda KTM-də müalicə edilən 4 xəstədən birinin vəziyyəti ağır (böyrəkləri çıxarılıb), qalanlarının vəziyyəti isə orta ağırdır”.

“Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilmiş 3 nəfərdən 1-i də ambulator yardım alaraq evə buraxılıb. Qalan iki nəfərin vəziyyəti orta ağırdır. Xəstələrdən birinin çiynində sınıq olduğu üçün onun əməliyyat ediləcəyi gözlənilir" – qurum səlahiyyətlisi əlavə edib.

Xatırladaq ki, dünən Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, bir nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

17716
Teqlər:
Vaqif Əsədov, Sputnik Azərbaycan, sərnişin, Binə, yol, qatar, avtobus, məlumat, hadisə, sürücü, xəsarət, qəza, açıqlama
Əlaqədar
Dəhşətli qəza ilə bağlı tutulan var
Ölümcül qəzanın görüntüləri yayıldı - VİDEO
Dəhşətli qəzada xəsarət alanların sayı artır
Sumqayıtda ağır qəza olub, çoxlu sayda ölənlər və yaralananlar var
Bıçaq, arxiv şəkli

Füzulidə qətl - 27 yaşlı gənci bıçaqlayıb öldürdülər

3
(Yenilənib 11:20 09.07.2020)
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, şahidlər dindirilib

 

BAKI, 9 iyul — Sputnik. İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyiti aşkar edilib.

Sputnik Azərbaycan Füzulu Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib.

İstintaqla hadisənin zərərçəkmişin həmkəndlisi, 1995-ci il təvəllüdlü Elşad Muradlı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

3
Əlaqədar
Nərmin Quliyeva ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirildi
Qadın yüksək səslə musiqiyə qulaq asan doqquz yaşlı uşağı öldürüb
Bakıda kriminal avtoritetə hörmət baha oturdu
Tərtərdəki dəhşətli körpə ölümünün pərdəarxası: qarabasma...
Ananı öldürdü, qızını ağır yaraladı: Naftalan səhəri dəhşətli xəbərlə açdı - TƏFƏRRÜAT
Qəbələdə Tikanlı kəndi yaxınlığında Şahdağ Milli Parkın ərazisində yanğın

Turizm bölgəsində baş verən yanğın söndürülüb

11
Qəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində baş vermiş yanğın artıq söndürülüb.

BAKI, 8 iyul — Sputnik. Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

© Sputnik / Ilham Ahmadov
Qəbələdə Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkın ərazisində yanğın

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

11

Azərbaycanın bir rayonuna giriş-çıxış məhdudlaşdırıldı - koronavirusa görə

0
(Yenilənib 12:29 09.07.2020)
Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər

 

BAKI, 9 iyul — Sputnik. Xaçmazda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən genişmiqyaslı tədbirlər davam etdirilir.

Belə ki, həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisinə giriş-çıxış məhdudlaşdırılıb. Bu ərazilərdə müvəqqəti stasionar postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Xüsusi icazəsi olmadan rayon ərazisinə daxil olmaq istəyən digər rayon və şəhərlərin sakinləri saxlanılır və sakini olduqları rayon və şəhərlərə yönləndirilirlər.

0
Teqlər:
post, polis, Azərbaycan, Xaçmaz, Koronavirus, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Koronavirusa yoluxanların sayı 12 milyonu keçdi
Səhiyyə Nazirliyi koronavirus xəstələrinin evdə müalicə prosedurunu açıqladı
Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər
Azərbaycana koronavirusa görə xarici mütəxəssislər gətirildi