İntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli

İki intiharın qarşısı alındı, biri Xırdalanda, o biri Tovuzda

94
(Yenilənib 15:54 30.09.2018)
Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb

BAKI, 30 sentyabr — Sputnik. Xırdalanda kişi, Tovuzda qadın intihar etmək istədi.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Tovuzda isə hadisə rayonda yerləşən parkların birinin yaxınlığındakı körpüdə qeydə alınıb. Report xəbər verir ki, gənc qız özünü körpünün üzərindən atmaq istəyib. Lakin polis tərəfindən hadisənin qarşısı alınıb.

İlkin məlumatlara görə, Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzova Gülay Sadiq qızı həyat yoldaşının Rusiyaya getməsini istəməyib. Bu səbəbdən ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

94
Teqlər:
cəhd, kişi, Xırdalan, Tovuz, intihar, Xüsusi Riskli Xilasetmə Xidməti, polis, qadın
Əlaqədar
Bərdədə ahıl kişi intihar edib - SƏBƏB
Məşhur mağazalar şəbəkəsinin rəhbərinin intihar etdiyi açıqlanıb - RƏSMİ
Bakıda iki uşaq atası olan sahibkar intihar edib
Bakıda kütləvi intihar cəhdi
Xaçmazda dəhşətli intihar baş verdi