Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş vermiş yol qəzasında yaralanmış adam

Sumqayıtda ağır qəza olub, çoxlu sayda ölənlər yaralananlar var

11983
(Yenilənib 10:42 30.09.2018)
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Digər 15 nəfərdən 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

BAKI, 30 sentyabr- Sputnik. Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, avtobusla yük maşınının toqquşması nəticəsində ölənlər və yaralananlar var.

Hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib. Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Digər 15 nəfərdən 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar. Ölən və yaralananların adları dəqiqləşdirilir.

11983
Teqlər:
yaralananlar, ölənlər, yük maşını, avtobus, Sumqayıt, qəza